Hitlerin davranışlarını tənqid etsə də … – MiLLƏT VƏKİLİ YAZDI

Dünyada ün qazanmış siyasi liderlərlə bağlı bizə təqdim olunan sabit fikirləri dəyişmək üçün mütləq onların ömür yolunun sağlam mühakimə ilə yenidən təftişinə zərurət var.

Bu əsrarəngiz sayılan liderlərin biri də Mahatma Qandi sayılır.

Qandi heç də tanındığı kim sabit xarakterli şəxsiyyət olmayıb.

Uşaqlığında bir neçə dəfə intihar etmək istədiyini özü məktublarında qeyd edirdi.

Passiv dirənişi əsas alan Satyaqraha adlanan nəzəri metodu Hindistan toplumu üçün bəlkə də uğurlu sayıla bilərdi, çünki ölkənin müstəqilliyi məhz bu metodun tətbiqi ilə az itkilərlə baş tutmuşdur.

fazil-mustafa-2

Lakin bu metodun digər toplumlara tətbiqi gülüş doğuracaq izlər buraxmışdı.

Məsələn, Hitlerin kütləvi şəkildə təqib etdiyi yəhudilərə tövsiyə edirdi ki, onların hamısı dünyada əxlaqi etirazı artırmaq üçün intihar etsinlər.

Hitler Böyük Britaniyaya hücum etmək istəyəndə, ingilislərə müraciət etmişdi ki, heç bir fiziki müqavimət göstərmədən adanı faşistlərə təhvil versinlər və hamılıqla passiv şəkildə ruhani müqavimət göstərsinlər.

Öncə Hitlerin davranışlarını tənqid etsə də, sonradan ona “Dostum” deyə müraciət məktubu ünvanlamış, orada Hitlerə mənəvi təmizlikdən bəhs etmişdi. Rusiyanın yaşadığı inqilab faciəsindən sonra sosializmin başqa yerlərdə qələbəsinin mümkünlüyü barədə doktrin icad edən Lenin, Trotski, Stalin kimilərdən düşüncəcə bir o qədər də fərqlənməmiş Mahatma Qandi.

Bizdə də bəzən Qandi metodunu təhlil etmədən idealizə edənlərin düşünməsi üçün bu faktlara diqqət yetirmək faydalı olardı.

Fazil Mustafa,

Millət vəkili

Etikxeber.az

Read Previous

Oteldə yanğın nəticəsində azı 18 nəfər həyatını itirdi…

Read Next

Əliyevlə Merkel iş adamları ilə görüşdü- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir