“Hiyləgər gedişdir, bunun qarşılığında biz də gərəkli piar gediş etməliyik…Bu məsələlərlə Bakıda mərkəzləşmiş şəkildə peşəkarlardan ibarət qrup məşğul olmalıdır…”-POLİTOLOQDAN TƏKLİF

Ermənilərin informasiya məkanında təxribatlarının sayı artıb. Hiss olunur ki, qrupları var, müxtəlif dezinformasiyalar hazırlayıb hara gəldi ötürürlər. “Metsamor” məsələsi də işlərinə yaradığından bu mövzudan ikiəlli yapışıblar. İnanmaq istərdim ki, oxşar qrup bizdə də var, nəyi, necə və vaxt deməyin üzərində çalışmalar gedir, informasiya savaşında pərakəndəliyə yol vermək olmaz.

Etikxeber.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, məsələn, vaxt itirmədən ermənilərin “Metsamor” ətrafındakı manipulyasiyalarına qarşılıq verəcək güclü arqument hazırlanmalıdır və ya ermənilər azərbaycanlıların nəzarət etdikləri bazarlarda qəbul edilməyən əriklərini Moskvadakı xəstəxanalara və ruslara pulsuz paylayırlar.

“Hiyləgər gedişdir, bunun da qarşılığında biz də gərəkli piar gediş etməliyik. Bu məsələlərlə Bakıda mərkəzləşmiş şəkildə peşəkarlardan ibarət qrup məşğul olmalıdır”-deyə, politoloq əlavə edib.

Etikxeber.az

Read Previous

Qoşulmama Hərəkatı Ermənistanın Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul etdi-XİN MƏLUMAT YAYDI

Read Next

Orduya dəstək yürüşü zamanı ictimai qaydanı pozan bir qrup şəxs barəsində 3 aylıq həbs-qəti imkan tədbiri-SEÇİLDİ – FOTO-VİDEO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir