Hökumət növbəti dəfə parlamentə hesabat verir – “Gərginlik yaranacaq…” – YENİLƏNİB (5)

YAP RƏSMİSİ NAZİRLİKLƏRİ VƏ BANKLARI SƏRT TƏNQİD “ATƏŞİ”NƏ TUTDU
Martın 17-də Milli Məclisin (MM) plenar iclasında hökumətin parlament qarşısında növbəti illik hesabatı dinlənilir.
meclis
oqtay-1
Etikxeber.az xəbər verir ki, spiker Oqtay Əsədov ilk öncə bildirib ki, ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib:”Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya iqtisadiyyatında cərəyan edən mənfi proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması mümkün olub”.O, deyiib ki, ötən il ÜDM artımı baş verməsə də, bəzi sahələrdə ÜDM artıb: “ÜDM istehsalında qeyri-neft sektorunun payı 63,4 faiz təşkil edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “doing biznes” hesabatında işgüzar mühitin əlverişliliyinə görə Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Dörd göstərici üzrə Azərbaycan ilk pillələrdə yer alıb. Ötən il sosial infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait yatırılıb”.

Artur Rasi-zadə: “Aprel döyüşləri danışıqlar yolundan başqa, hərb yolunun da olduğunu göstərdi”

Sonra hesabat məruzəsi ilə çıxış edən Artur Rasi-zadə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğını vurğulayıb: “Bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirilməsini təmin edir”. O, bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazılıb: “Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi. Hərbi əməliyyatlar torpaqların azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”.

Baş nazir çıxışında onu da deyib ki, Azərbaycan prezidenti Nazirlər Kabinetinin yanvar ayında keçirilmiş iclasındakı çıxışında görülən işləri təhlil edərək 2016-cı ili dərin iqtisadi islahatlar ili kimi qiymətləndirib”. Baş nazir dövlət başçısının bu siyasətinin davamı olaraq cari ildə qarşıda duran vəzifələri müəyyənləşdirərək onların icrası ilə bağlı tapşırıqlar verdiyini xatırladıb: “Əminəm ki, Azərbaycan hökuməti bütün qüvvələrini və imkanlarını səfərbər edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olacaq”.

A. Rasi-zadənin çıxışından sonra müzakirələrə başlanılıb.

hadi racabli-hadi

Hadi Rəcəbli: “Ciddi gərginlik yaranacaq”

Deputat Əli Məsimli bildirib ki, ilk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. Millət vəkili təklif edib ki, bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formatında bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın: “2016-cı ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb. Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Amma hökumət bu rəqəmin 1,8 faiz olacağını vurğulamışdı. Təəssüf ki,  ötən il artım əvəzinə, 3,1 faiz eniş müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”.

Deputat Musa Qasımlı Yardımlı və Masallı rayonlarında həllini  gözləyən problemləri baş nazirin diqqətinə çatdırıb, problemlərin həllində hökumətdən yardım istəyib.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sahibkarların icra orqanlarında süründürməçiliklə üzləşməsindən narazılığını bildirib və bunun orta-kiçik sahibkarlığa zərər vurduğunu söyləyib. Komitə sədri tələb edib ki, icra orqanları buna son qoysun. H. Rəcəbli icra orqanları ilə Milli Məclisin əməkdaşlığını yüksək qiymətləndirib. Komitə sədri turizm sahəsi ilə bağlı narahat olduğu məqamı da açıqlayıb: “Qarşıdan bayramlar gəlir. Məndə olan məlumata görə, bayram günlərində İrandan 500 avtobus turist gələcək. İran tərəfində 8 saatlıq iş rejimi olduğundan, bu qədər turistin gəlməsi gömrükdə çətinlik yaradacaq. Nədənsə, Azərbaycan gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfinin sərhəd-keçid məntəqələrində bu qədər az iş vaxtı müəyyənləşib. Azərbaycan da məcburdur ki, bu vaxta əməl etsin. Belə halda, gəlin təsəvvür edək ki, bayram günlərində o keçid məntəqəsində hansı vəziyyət yaranacaq. 500 avtobusla gələn turistlər günlərlə orada qalacaq. Ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turistlər pis təəssüratla ayrılacaqlar. Ona görə də Azərbaycan hökuməti qonşu dövlətin müvafiq qurumları ilə danışıqlar aparıb, tədbirlər görməlidir”.

valeh-aleskerov

Vitse-siker:”Zəhərlənmə halları ona görə baş verir ki, yaşayış evlərində həmin bacalar yoxdu”

MM sədrinin müavini Valeh Ələsgərov deyib ki, dəm qazından zəhərlənmələrin olmaması üçün ev sahibləri diqqətli olmalıdırlar. Vitse-spiker deputat Elmira Axundovanın son günlər dəm qazından baş verən faciələrin qarşısının alınması ilə əlaqədar hökumət qarşısında məsələ qaldırılması barədə təklifinə münasibət bildirərkən dəm qazından baş verən faciələrə səbəb kimi ev sahiblərinin məsuliyyətsizliyini göstərib.

MM sədrinin müavini deyib ki, ev sahibləri özləri diqqətli olmalıdırlar və kim istəyirsə, evində dəm qazını müəyyən edən cihazlar quraşdıra bilər: “Vaxtilə evlərdə odun da yandırılanda zəhərli qazın çıxması üçün baca olurdu. İndi zəhərlənmə halları ona görə baş verir ki, yaşayış evlərində həmin bacalar yoxdur”.

siyavush

Siyavuş Novruzov nazirlikləri və bankları “yıxıb-sürüdü”

Yeni Azərbaycan Partiyasının(YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə çıxışında bildirib ki,  Azərbaycan prezidentinin təşəbbüsü ilə hazırlanan “Strateji yol xəritəsi”nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq quruculuq işlərini və digərlərini  nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə yüksək fəaliyyət göstərdiyini deyə bilərii:”Hesab edirəm ki, bu fəaliyyət gələcək də davam edəcək. Bəzən müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. İstər nefti olan, istər olmayan ölkələrə nəzər salsaq, orada da qiymət artımının olduğunu, eləcə də valyuta dəyişməsindəki fərqləri görərik. Çin, Rusiya, Türkiyədə də belə hallar var”.

S. Novruzov bununla belə, ölkədə süni qiymət artımına da etiraz edib: “Qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır”. O, təklif edib ki, kommersiya banklarının yerli sahibkarlığın inkişafı ilə bağlı kreditləri  yüksək faizlə verməsinin qarşısı alınsın: “Belə olmasa, kredit alan hansısa sahibkar heç bir bizneslə məşğul ola bilməz. Banklar dollarla depoziti vətəndaşdan 3 faizə götürürsə, digər vətəndaşa 24 faizə verir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür.  Bu faizə kredit götürən vətəndaş onu qaytarmaq məqsədilə götürmür. Məlumdur ki, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizlə kredit verilir. Banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur, onları hüquq-mühafizə orqanları qarşısında asılı vəziyyətə salır. Bu məsələlər ölçülüb-biçilməli, dünya praktikasından istifadə olunmalıdır. Kimin ağlına nə faiz gəlirsə, onu tətbiq etməsi düzgün deyil. Biz ilk növbədə prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalı, onların hüquqlarını müdafiə etməliyik”.

Naqif Həmzəyev: “…Tələbələrin gediş-gəlişində çətinlik yaradır”

“Gəncə Beynəlxalq Hava Limanının potensialından maksimim istifadə olunmur”. Bunu da öz növbəsində  YAP-ın Gəncə şəhər təşkilatı sədri, deputat Naqif Həmzəyev  bildirib. Onun fikrincə, Gəncə-Naxçıvan aviareysinin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələrin gediş-gəlişində çətinlik yaradır”. Deputat Beynəlxalq Hava Limanında Gəncə sözünün yerinə “Kirovoabad” (KVD) yazıldığını xatırladıb, bunun aradan qaldırılmasını istəyib.

arif-rahimzade

Komitə sədri Tarif Şurasını ciddi tənqid etdi…

Qeyd edək ki, hesabat zamanı Tarif Şurası da tənqid olunub. MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Tarif Şurasının ötən ilin noyabr ayında verdiyi qərar seçildiyi Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic edib.

O qeyd edib ki, Tarif Şurasının elektrik enerjisinin qiymətini artırması bir sıra müəssisələrin fəaliyyətinə ciddi problemlər yaradıb: “Bunun bariz nümunəsi seçildiyim Neftçala rayonundakı yod-brom zavodudur. Bildiyiniz kimi, bu zavod strateji bir məhsulun istehsalı ilə məşğul olur və həmin məhsulun böyük hissəsi xaricə satılır. Ancaq Tarif Şurasının məlum qərarı zavodun fəaliyyətinə ciddi problem yaradıb. Artıq zavod fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyətdən çıxış yolu kimi rəhbərlik kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər”.   A. Rəhimzadə hökumətə təklif edib ki, elektrik enerjisi sərfiyyatı ay ərzində 5 milyon kv/saatdan çox olan müəssisələrə şamil edilən güzəştlər Yod-Brom zavoduna da şamil olunmalıdır: “Bu zavodun aylıq enerji sərfiyyatı 3 milyon kv/saat-dır. Təklif edərdim ki, Tarif Şurası bu güzəşti heç olmasa, bu zavoda şamil etsin”.

Etikxeber.az

Read Previous

Ağcabədidə çay evi, Bərdədə traktor yandı

Read Next

Deputat hökumətin hesabatından qabaq hara və niyə gedib?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir