Hollandiya bu dəfə Fatma Şahinin bu ölkəyə səfərini yasaqladı – NÖVBƏTİ KRİZ

Hollandiya ilə Türkiyə arasında növbəti gərginlik yaşanmaqdadır.

Etikxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, belə ki, Hollandiya rəsmiləri keçmiş nazir, hazıra Qazinantep Böyükşəhər bələdiyyəsinin başqanı, AKP-nin tanınmış simlarından olan Fatma Şahinin bu ölkəyə səfərinə yasaq-qadağa qoyub.

fatmasahin-dha-1_16_9_1520593419 (1)

Qeyd edək ki, F. Şahin Hollandiyanın Deventer şəhərində “Mərkəz Cami”də türk əsilli qadınlarla birgə keçiriləcək tədbirə dəvət olunmuşdu, amma Hollandiya rəsmiləri martın 11-də keçiriləcək tədbirlə bağlı sabiq nazirin ölkəyə gəlişinə qadağa qoyub.

Onu da qeyd edək ki, Türkiyədə keçirilən məlum referendum öncəsi də Hollandiya hakimiyyəti bəzi türkiyəli rəsmilərlə bağlı belə bir qərar çıxarmışdı.

Daha doğrusu, Tükiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qadın və sosial siyasət naziri Fatma Betül Sayan Kaya haqda da eyni addımı atmış və bu, iki ölkə arasında siyasi-diplomatik qalmaqala gətirib çıxarmışdı.

Etikxeber.az

 

Read Previous

Türk ordusu Afrinin mərkəzinə çatdı…

Read Next

Biz seçki polisi deyilik – YONKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir