Horadizin şəhər statusu almasından 10 il ötür – FOTOLAR – YENİLƏNİB

Bahar Muradova: ” Xalqımıza qələbə sevinci yaşadan, Lələtəpə zirvəsini azad edən, min hektarlarla ərazini tam nəzarətə götürən Azərbaycan əsgərini və şəhid oğullarımızı ilk qarşılayan da Horadiz şəhəridir. Horadizlilər Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna həmişə minnətdardırlar və bu gün bu bölgədə ordu ilə xalqın birliyi daha möhtəşəmdir, daha möhkəmdir…”

Füzuli rayonunun Horadiz qəsəbəsinin şəhər statusu almasının 10 ili tamam olub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Füzuli rayondan millət vəkili olan Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova öz “Facebook” səhifəsində məlumat verib.

B. Muradova qısaca olaraq,”HORADİZİN ŞƏHƏR STATUSU ALMASININ 10 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MÖHTƏŞƏM TƏDBİRDƏN GÖZƏL GÖRÜNTÜLƏR”- deyə, yazıb və tədbirdən çəkilmiş fotoları paylaşıb.

Həmin fotoları təqdim edirik:

hora

hora-1

hora-3

***

Adıçəkilən tədbirdə çıxışında isə B. Muradova horadizliləri, tədbir iştirakçılarını təbrik edərək deyib:

“Horadizin düşmən işğalından azad olunması, yenidən qurulması, kül altından boy atması ulu öndər Heydər Əliyevin adı ilə, daha da çiçəklənməsi, tərəqqisi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimizin vəfatından sonra bütün bu quruculuq işləri Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Qısa bir zamanda Horadiz gündən-günə böyüyərək müasir bir şəhərə çevrilib. Horadiz bu gün dünyanın ən təmiz, ən gözəl, cazibədar, inkişaf etmiş şəhərləri ilə müqayisə edilə bilər. Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, erməni işğalı zamanı Horadiz şəhərində dağıdılmış evlərin bərpası, avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında və digər Prezident sərəncamları uğurla həyata keçirilib. Prezident 10 il ərzində Horadizə altı dəfə səfər edib. Bu səfərlər zamanı açılışı olan Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Horadiz tikiş fabriki, “Azərxalça” MMC-nin Horadiz filialı, şahmat məktəbi, Muğam Mərkəzi, Horadiz idman kompleksi, Horadiz dəmir yolu vağzalı, yeni məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və sair obyektlər şəhərdə yaşayan, qurub-yaradan horadizlilərin xidmətindədir”.

B. Muradova qeyd edib ki, bütün bu uğurların qazanılmasında, Horadizin yenidən qurulmasında Azərbaycan Ordusunun xüsusi xidmətləri var. Çünki Azərbaycan Ordusu bu diyarın, bölgənin keşiyində həmişə ayıq-sayıq dayanıb və aprel döyüşləri zamanı qəhrəman Vətən övladlarını ilk döyüşə yola salan da horadizlilər olub. Xalqımıza qələbə sevinci yaşadan, Lələtəpə zirvəsini azad edən, min hektarlarla ərazini tam nəzarətə götürən Azərbaycan əsgərini və şəhid oğullarımızı ilk qarşılayan da Horadiz şəhəridir. Horadizlilər Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna həmişə minnətdardırlar və bu gün bu bölgədə ordu ilə xalqın birliyi daha möhtəşəmdir, daha möhkəmdir.

“Horadiz ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin ünvanıdır. Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu və ulu öndər Heydər Əliyevin siyasətini görürük. Tədbirin təşkilatçıları Prezidentimizin bu sözlərini bir şüar kimi, deviz kimi götürüblər” – deyə, B.Muradova vurğulayıb.

Etikxeber.az

Read Previous

Ərdoğana ən ciddi rəqib-AKŞƏNƏRİN PARTİYASI SABAH ELAN OLUNACAQ – YENİLƏNİB

Read Next

QƏZZAFİNİN UKRAYNA PAYIZI – Firuz Mustafa

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir