Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Eldəniz Səlimov Türkiyədə, Ankara şəhərində İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçla bir araya gəlib.
Bu haqda Etikxeber.az-a açıqlamasında millət vəkilinin özü məlumat verib.
Qeyd edib ki, Ş. Malkoçla görüşü bugünlərdə baş tutub, çox maraqlı və məzmunlu alınıb.
“Bildiyiniz kimi, Şərəf Malkoç qardaş və dost Türkiyənin tanınmış simalarındandır, bu ölkənin Baş Ombudsmanıdır. Böyük hörmət, nüfuz sahibidir. Bir çox kitabların müəllifidir. Azərbaycana, ölkəmizi də xüsusi sevgi-məhəbbəti var. Qeyd edim ki, İkinci Vətən Müharibəsi günlərində, oktyabrın 22-də də hörmətli Malkoç ölkəmizə səfər etmiş, dövlət başçımız cənab İlham Əliyevlə görüşmüş, bombardmanlara, raket hücumlarına məruz qalmış Gəncə şəhərində olmuş və oradan bir daha dünyaya səslənmiş, etiraz səsini qaldırmışdı, Azərbaycana, ölkəmizin Haqq işinə dəstəyini nümayiş etdirmişdi.

Görüşümüz, söhbətimiz zamanı da bir çox məsələlərdən, o cümlədən, Qarabağın işğaldan azad edilməsindən, Zəfərimizdən və mövcud durumdan geniş bəhs etdik, fikirlərimizi bölüşdük. Bir daha Azərbaycanın Qələbəsindən, Zəfərindən məmnunluğunu ifadə etdi, eyni zamanda bildirdi ki, bugünlərdə Qarabağla bağlı yeni kitabı işıq üzü görüb. Kitabının bir nüsxəsini də mənə hədiyyə etdi və çox mənun qaldım. Bir sözlə, bu görüş, hörmətli Malkoçla söhbətimiz mənim üçün çox yaddaqalan, heç zaman unudulmayacaq bir görüş oldu. Allah Türkiyəmizi və Azərbaycanımızı qorusun!”-deyə, millət vəkili sözlərinə əlavə edib.




Kamil HƏMZƏOĞLU
Etikxeber.az





