“Hüququnuza sahib çıxın kişilər!” – PƏNAH HÜSEYNDƏN ÇAĞIRIŞ

Kişi və qadın eyni deyil, bərabər deyil, qeyri bərabərdirlər.

Kişi kişidir. Qadın qadındır.

Kişi kişi olmalıdır. Qadın qadın olmalıdır.

Bərabərlik məsələsi bir ayrı şeydir.

Kişi və qadın bəndə kimi Allah nəzərində bərabərdirlər.

Kişi və qadının vətəndaş hüquq və azadlıqları bərabərdir, bərabər olmalıdır. D

aha artıq, mən qadınlara münasibətdə hüquqlarda, qanunlarda pozitiv ayrımçılıq tərəfdarlarındanam.

Kişi mühafizdir, keşikçidir, müdafiəçidir.

Kişi qadını uğrunda ölümün üstünə gedəndir, Vətəni uğrunda getdiyi kimi!

Qadın Vətəndir. Vətəni döyməzlər. Vətəni söyməzlər!

Mən sənin üçün onu etdim, bunu verdim, əvəzində sən də onu et, bunu ver deməzlər!

Vətəni qəlbən candan artıq sevərlər!

Vətən uğrunda savaşarlar! Vətən üçün ölürlər və öldürürlər, Ölərlər və öldürərlər!

Bu da kişilərin hüququdur.

Hüququnuza sahib çıxın kişilər!

Qadınlarınızı özünüzdən üstün saymaq hüququnuza sahib çıxın!

Siz bərabər deyilsiniz!

Pənah HÜSEYN

Sabiq deputat, AXP sədri

Etikxeber.az

Read Previous

Azərbaycan-İran sərhədində insident: SƏRHƏDÇİMİZ BIÇAQLANDI – DSX MƏLUMAT YAYDI – FOTOLAR

Read Next

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin – “RASKOPA ANJELİNA” AÇIQLAMASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0