Hüseynov, Qafarova və Fətəliyeva AŞPA komitələrinin iclaslarına qatılacaq

Dekabrın 3-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Sosial işlər, sağlamlıq və davamlı inkişaf, həmçinin Təhsil, elm və mədəniyyət komitələrinin iclasları keçiriləcək.

Etikxeber.az-a Milli Məclisdən (MM) verilən məlumata görə, tədbirlərdə  parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova Sevinc Fətəliyeva iştirak edəcəklər.

İclaslarda milli azlıqların hüquqlarının qorunması, Cinayətkarlığa qarşı mübarizədə siyasi liderlərin rolu, Gender bərabərliyinin qorunması, İnsan alveri ilə mübarizə, Miqrasiya böhranının aradan qaldırılması,  Avropada yetkinlik yaşına çatmayanların sağlamlığı, İnsan hüquqları, demokratiya və informasiya cəmiyyəti, İnternetin idarə olunması və insan hüquqları, Demokratik cəmiyyətdə mədəni irsin dəyəri, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığına təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

MM-in deputatları müzakirə olunacaq məsələlərlə bağlı çıxışlar edəcək, münasibətlərini bildirəcəklər.

S. Qafarova isə Etikxeber.az-a açıqlamasında bildirib ki, AŞPA komitələrinin iclasları növbəti dəfə məhsuldar və məsələlərin çoxluğu baxımından yenə zəngin olacaq.

“Xüsusilə də, gender bərabərliyin qorunması, miqrasiya böhranı, insan alveri ilə bağlı məsələlər bu gün hamını, Avropanı və dünyanı narahat etməkdədir. Bu məsələlərdə çox təəssüflər olsun ki, hələ də ciddi problemlər var. Miqrasiya böhranı isə artıq dünyanın ən ciddi problemlərindən birinə, bəlkə də birincisinə çevrilib.Bu gün bəzi ölkələrdə hələ də miqrantlara qarşı dözümsüz münasibət mövcuddur. Ona görə də AŞPA-da, onun komitə iclarlarında bu məsələ, eləcə də adını çəkdiyim digər məsələlər daim müzakirə mövzularındadır və bu dəfə də belə olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Böyük Corc Buş vəfat etdi…

Read Next

“Mançester Yunayted” David de Xea ilə yeni müqavilə imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir