Çunayev bürünc medala sahib oldu… YENİLƏNİB (2)

Güləş yarışlarının birinci günündə daha bir idmançımız qalib gəlib.

Etikxeber.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov qırğızıstanlı Atabek Azizbekov ilə qarşılaşıb. İdmançımız 5:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

***

Yunan-Roma güləşçimiz Rəsul Çunayev isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yarımfinal görüşündə məğlub olub.

71 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız iranlı Gerayi Məhəmmədəli ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsa da, sonda 6 xal qazanan rəqib qarşılaşmanı qalib başa vurub – 5:6.

R.Çunayev təsəlliverci görüşdə bürünc medal uğrunda güləşəcək.

***

Digər Yunan-Roma güləşçiləri Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.

Final uğrunda mübarizədə R.Hüseynovun rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub. İdmançımız vaxtından əvvəl – 10:1 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib.

Orxan Nuriyev isə yarımfinalda Özbəkistan təmsilçisi Rüstəm Assakalova 5:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb.

***

Rəsul Çunayev yunan-Roma güləşçilərimizin aktivinə ikinci bürünc medalı yazdırıb.

71 kiloqram çəki dərəcəsində yarışda üçüncü yer uğrunda görüşdə R.Çunayev türkiyəli İlker Sönmez ilə üz-üzə gəlib.

Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində hakimlərdən 4 xal almağı bacaran Azərbaycan idmançı hesabdakı üstünlüyü oyunun sonunadək qoruyub saxlamağı bacarıb. Yekun hesabda 4:1 hesabı ilə qalib gələn güləşçimiz yarışın bürünc medalına sahib olub.

 

Etikxeber.az

 

Read Previous

Taekvandoçu Patimat Abakarova da “Bakı-2017″nin qızıl medalını qazandı – FOTO

Read Next

Oloxan Musayev IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını əldə etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir