İƏT Parlament İttifaqı Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul etdi

Tehranda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyası çərçivəsində siyasi məsələlər və xarici əlaqələr, iqtisadi əlaqələr və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlərarası dialoq üzrə daimi ixtisaslaşmış komitələrin toplantıları keçirilib.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) nümayəndə heyətinin də iştirak etdiyi toplantılarda qətnamə layihələri və hesabatlar müzakirə olunub.

Siyasi məsələlər və xarici əlaqələr komitəsinin iclasının gündəliyinə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsi də salınıb. Toplantının sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi yekdilliklə qəbul olunub. Parlamentarilərin ölkəmizlə bağlı qəbul etdiyi digər sənəd Xocalı soyqırımı qurbanlarının xatirəsinə dair qətnamə layihəsi olub. Hər iki sənəd İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 13-cü sessiyasına təqdim olunub.

İclaslarda miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlər müzakirə edilib. Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində ev-eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları məsələsini qaldırıb. Toplantılarda parlamentarilər Azərbaycandakı tolerantlıqdan da bəhs ediblər. Müxtəlif ölkələrdən olan parlamentarilər bildiriblər ki, Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunədir.

Etikxeber.az

Read Previous

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 114-cü kilometrində hərəkət məhdudlaşdırılacaq

Read Next

Bolqarıstanın baş naziri Azərbaycana gəldi və… – FOTOLAR – YENİLƏNİB- (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir