Münaqişə dövründə I Qarabağ müharibəsində 1480, II Qarabağ müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib.
Etikxeber.az məlumat verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfransda deyib.
Bildirib ki, qarşı tərəfə isə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində erməni əsilli 181 nəfər təhvil verilib.
“Eyni zamanda, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib. Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib”-deyə, o, əlavə edib.
Etikxeber.az