İbrahimoviçə heykəl ucaldılacaq

ABŞ-ın “Los-Anceles Qalaksi” futbol klubunun hücumçusu Zlatan İbrahimoviçə doğma ölkəsində heykəl qoyulacaq.

Etikxeber.az xəbər verir ki, heykəli İsveç Futbol Federasiyası sifariş edib. Hündürlüyü 2,7 metr, çəkisi 500 kiloqram olan bürünc heykəl 37 yaşlı hücumçunun dünyaya gəldiyi Malmö şəhərində ucaldılacaq.

Heykəlin açılış mərasimi oktyabrın 8-də olacaq.

Z.İbrahimoviç karyerası ərzində Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus”, “Milan”, “İnter”, İspaniyanın “Barselona”, Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Mançester Yunayted” klublarında forma geyinib.

Etikxeber.az

Read Previous

Bu rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq – SABAH

Read Next

Tramp bu dəfə Boltonu “yola” saldı: “LAZIM DEYİLDİ…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir