İçərişəhərdə “Qış qalası” adlı yeni il yarmarkası keçiriləcək

Bakının bayram əhvalına öz töhfəsini vermək, eləcə də yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dekabrın 20-dən yanvarın 10-dək Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası keçirməyi planlaşdırır.

Etikxeber.az xəbər verir ki, “Qış qalası” təkcə əl işləri, suvenirlər, yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmır. 20 gün boyunca hər gün saat 19:00-21:00-dək uşaqlar üçün əyləncəli animasiya proqramı və canlı ifalar davam edəcək.

Etikxeber.az

Read Previous

Rusiya Qarabağ münaqişəsinin həllini yeni xarici siyasət konsepsiyasına daxil edib

Read Next

Nizami Süleymanov dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir