“İçərişəhərin hər bir daşı-kəsəyi tarixdir” – ƏSLƏN İÇƏRİŞƏHƏRLİ DEPUTAT

Mənim əslim-nəslim içərişəhərlidir. Ata babam, atamgil hamısı İşərişəhərdə yaşayıb, böyüyüblər. Sonradan atam oradan köçüb, şəhərin başqa yerində yaşayıb, biz də, təbii ki, başqa yerdə yaşamışıq, böyümüşük. Amma hər zaman özümüzü içərişəhərli saymışıq, bununla fəxr etmişik.

İçərişəhər nəinki mənim, bizim, bütövlükdə bakılıların, Bakı əhalisinin, Azərbaycan xalqının fəxri, onun tarixi, keçmişi, mədəniyyətidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva son günlər İçərişəhərlə, Qala divarları ilə bağlı cəmiyyətdə, sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Bakının gözəlləşməsi, şəhərin abadlaşması hər zaman diqqət mərkəzində olub:

“İstər ikinci müstəqil dövlətimizin qurucusu və banisi, sabiq dövlət başçısı, mərhum Heydər Əliyevin həm birinci, həm ikinci hakimiyyətləri dövründə, istərsə də ölkə prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dövründə Bakının abadlığına, gözəlliyinə, tarixiliklə, qədimiliklə müasirliyin vəhdətinin qorunub-saxlanılmasına çalışılıb.

Eyni zamanda, Bakının göz bəbəyi olan İçərişəhərin tarixi bir abidə, muzey kimi qorunub-saxlanılması diqqət mərkəzində olub. Bu məsələdə ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır və müstəsnadır.

Bildiyiniz kimi, 90-cı illərdə bəzi səbəblərdən İçərişəhərin tarixiliyinə, qədimiliyinə xələl gətirən bəzi hallar yaşanmışdı. Amma zamanında bu məsələyə müdaxilə edilmiş və İçərişəhərdə tikinti işlərinin aparılması dayandırılmışdı. Hətta 2004-2011-ci illər arasında cənab prezidentin İçərişəhərlə bağlı ard-arda bir neçə sərəncam və fərmanı olmuşdu.

Yəni İçərişəhər hər zaman diqqət mərkəzində saxlanılıb. Hər zaman belə hesab etmişəm, bu gün də hesab edirəm ki, İçərişəhərin tarixiliyinə, qədimiliyinə əl vurulmamalıdır, toxunulmamalıdır. Çünki İçərişəhərin hər bir daşı-kəsəyi tarixdir.

Özünüz də görürsünüz ki, bir çox ölkələrdə paytaxtlarla bağlı yeni şəhər və köhnə şəhər sözləri işlədilir. Məsələn, Çexiyanın, Baltikyanı ölkələrin paytaxtlarında köhnə və yeni şəhər deyilən yerlər var.

kamile_eliyeva

İçərişəhər də məhz bizim qədim, köhnə şəhərimiz, milli-tarixi abidəmiz, muzeyimizdir. Ona görə orada hansısa tikinti işlərinin aparılmasının əleyhinəyəm, bunu hər zaman demişəm. Bununla belə, elə məqamlar, elə yerlər ola bilər ki, onlara əl gəzdirilə bilər, amma yenə də tarixiliyə, qədimiliyə xələl gətirməmək şərtilə.

Bakının digər könhə məhəllələrində aparılan işləri hər zaman dəstəkləmişəm, alqışlamışam. Çünki həmin məhəllərdə yaşayış binları, evlər, mənzillər insan yaşayışı üçün çox çətin idi, çoxu darısqal, nəm və sairə. Hətta bunların sökülməsinə qarşı çıxanları da hec cür və heç zaman anlamamışam. Nəyə etiraz ediblər, edirlər, heç özləri də bilmirlər. Amma İçərişəhərimiz istisnadır. Ora tarixdir və tarixilik də olduğu kimi qalmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Tağıyevin heykəli paytaxtın bu ərazisində ucaldılacaq – RƏSMİ

Read Next

Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir