“İçərişəhər” tabeliyindəki müəssisələrdə koronavirusa qarşı qabaqlayıcı tədbirlər görür- FOTOLAR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və strukturlarda, muzeylərdə koronavirusa (COVID-19) qarşı tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

İdarədən Etikxeber.az-a bildirilib ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın bütün müəssisələrində dezinfeksiya işlərinin aparılması ilə bağlı qərarına uyğun olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı, “İçərişəhər” Muzey Mərkəzinin muzeyləri (Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Bakı Fotoqrafiya Evi), habelə Mənzil-Kommunal və Təmir Xidməti, Elmi-İstehsalat Bərpa Emalatxanası, Elmi-Mədəni Mərkəz, Marionet Teatrı, Tahir Salahovun ev-muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Ənənəvi İncəsənət Mərkəzinin binalarında bu istiqamətdə tədbirlərə başlanılıb.

Mart və aprel ayları ərzində dezinfeksiya işləri daimi həyata keçiriləcək.

Etikxeber.az

Read Previous

Bakı-Tbilisi-Bakı qatarlarının hərəkətində məhdudiyyətlər-TƏTBİQ OLUNDU

Read Next

Muzeylərin fəaliyyəti-DAYANDIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir