Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçilərinə icarə müqaviləsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək veriləcək.
Qeyd edək ki, bu dəyişiklik Meşə Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin bu gün keçriilən iclasında komitənin əvvəlcə 2016-ci ilin payız sessiyasında görüdüyü işlərin hesabatı və 2017-ci ilin yaz sessiyasının iş planı müzakirə olunub.
“Aqrar siyasət komitəsitinin 2016-cı ilin payız sessiyasında 7 iclası keçirilib, 17 məsələyə baxılıb, 15 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Onalrdan 15-i də parlament tərəfindən qəbul edilib”-deyən komitə sədri Eldar İbrahimov bildirib ki, payız sessiyası müddətində komitəyə 86 müraciət və şikayət daxil olub, 25 nəfər isə qəbul olunub.
Qarşıda duran vəzifələrdən danışan E.İbrahimov bildirib ki, komitənin əsas fəaliyyət istiqaməti ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkiaşfı istiqamətində həyata keçirdiyi siyasətə dəstək verməkdən ibarətdir.
“Bildiyiniz kimi, Prezident İlham Əliyev kənd təsərrüfatının ölkəyə valyuta gətirən sahələrinin inkiaşfına mühüm önəm verir və bu istiqamətdə ciddi fəaliyyət planlarını həyata keçriməkdədir. Məhz bunun nəticəsində son illərdə ölkəmizdə pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük, çayçılıq, fındıqçılıq və digər sahələr inkişaf etməkdədir. Ölkə başçısının həyaat keçridiyi siyasət nəticəsində 2016-ciı ildə 90 min ton pambıq, 70 ton barama və digər kənd təsərrüfatı məhsulları istehsal olunub.
Elə məqsədyönlü tədbirlərin nəticəsi olaraq, 2016-ci ildə bu sahədə ixracatda Azərbaycan 1 milyard dollardan artıq gəlir əldə edib. 2017-ci ildə bu rəqəm bundan da artıq olacaq. Gələcəkdə 1300 ton barama istehsalı nəzərdə tutulur”- deyə, komitə sədri vurğulayıb.
Sonra komitə üzvləri Meşə Məcəlləsinə nəzərdə tutulan dəyişikliyi müzakirə ediblər.
Dəyişiklik barədə məlumat verən E. İbrahimov bildirib ki, mövcud müddəaya əsasən meşə torpaqları icarəçiyə 1 ildən 10 ilədək verilirdi:
“Ancaq təklif edilən dəyişikliyə əsasən icarə müddəti 1 ildən 49 ilədək uzadılır. Bu dəyişiklik sahibkarlığın stimullaşdırılmasına xidmət edir. Sahibkarlar bu müddətdən istifadə edərək, daha yaxşı fəaliyyət göstərəcəklər”.
Komitə sədri bildirib ki, bu dəyişikliyə əsasən heç də meşə torpaqları bütün icarəçilərə 49 il müddətinə verilməyəcək:
“Bu, belə deyil. Ola bilsin ki, müddət məsələsi torpağı icarəyə verən müvafiq icra hakimiyyəti orqanı ilə icarəyə götürən sahibkar arasında razılaşdırılsın. Ola bilsin ki, bu torpağı icarəyə verən şəxs torpağı 15-25 il müddətinə verə bilər və bu da torpağı icarəyə verənin hüququdur. Bu da mümkündür”.
Məcəlləyə dəyişiklik müzakirlərən sonra təqdir olunaraq, parlamentin pleanr iclasında müzakirəyə tövsiyə olunub.
İclasda o da məlum olub ki, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” yeni qanun layihəsi hazırlanır.
Adıçəkilən qanun layihəsi də Aqrar siyasət komitəsinin yaz sessiyasının gündəliyinə salınıb.
E. İbrahimov bu haqda məlumat verərək bildirib ki, qanun hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır və may ayında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Komitə sədrinin bildirdiyinə görə, hazırda kənd təsərrüfatının sığortalanması ilə bağlı qanun olsa da, mövcud qanun günün tələbələrinə cavab vermədiyindən işləmir.
“Ona görə də bu sahədə sığorta sisteminin tətbqi üçün müasir dövrün tələblərinə cavab verən yeni qanuna ehtiyac var. Odur ki, hazırda qanun layihəsi üzərində iş gedir və bu layihə may ayınadək hazır olacaq”-deyə, E. İbrahimov sonra sözlərinə əlavə edib.
Etikxeber.az