İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir – RƏŞAD MAHMUDOV

Millət vəkili : “Əhalinin sağlamlığının qorunması haqqında” dəyişdirilməlidir

2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili  Rəşad Mahmudov parlamentin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

“İcbari tibbi sığorta sistemi tətbiq edilməsindən sonra tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər”-deyən, millət vəkili Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu söyləyib və əlavə edib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır:

“Bütün bunlarla yanaşı tibbi xidmətin əlçatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”.

Millət vəkilinin  qeyd etdiyinə görə, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akreditasiyadan keçirilməsi, standartların, ixtisaslaşmış tibb personalnın akreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələr edilməsi mühüm məsələlərdən biridir:

“Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlərin gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidməti olacaq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Tələbələ yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsun – VİTSE-SPİKER

Read Next

İlham Əliyev Yeni Zelandiyanın baş nazirinə başsağlığı verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir