İcbari tibbi sığorta ilə bağlı qanuna növbəti – DƏYİŞİKLİKLƏR EDİLƏCƏK

“İcbari tibbi sığorta haqqında” qanuna yeni dəyişikliklər edilməsi nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bun haqda Milli Məclisin (MM) Səhiyyə komitəsinin bu gün keçirilən iclasında akademik, komitə sədri Əhliman Əmiraslanov məlumat verib.

Qeyd edib ki, gələn ilin yanvarın 1-dən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq, bu səbəbdən də, mövcud qanunvericiliyə növbəti dəyişikliklərin edilməsi zərurəti yaranıb.

ahliman-1

Komitə sədri həmçinin, yaxın zamanlarda gələn ilin dövlət büdcəsinin müzakirələrinin başlanılacağını xatırladaraq bildirib ki, icbari tibbi sığortaya daha çox vəsait ayrılmalıdır:

“Mən deyərdim ki, bu vəsait kəskin şəkildə artırılmalıdır. Çünki icbari tibbi sığortanın tətbiqi üçün böyük vəsait tələb olunur və bu məsələ mütləq büdcədə nəzərə alınmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Zərərli informasiyadan qorunma ilə bağlı qanunvericiliyin pozulmasına görə – CƏZALAR MÜƏYYƏNLƏŞDİ

Read Next

“Onkoloji xəstəliklərlə bağlı bəzi dərmanların apteklərdə satışına icazə verilməlidir” – MUSA QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir