İcbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında SƏRƏNCAM

Ölkə prezidenti İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Etikxeber.az

 

Read Previous

İlham Əliyevin Fransada görüşləri başladı- FOTOLAR-YERNİLƏNİB

Read Next

Bahar Muradovanı 2016-ya qayıtmağa nə vadar etdi? – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir