“İclasın fasiləsiz keçirilməsi düzgün deyil” – ELMİRA AXUNDOVA

Elmira Axundovadan parlament rəhbərliyinə etiraz 

Deputat Elmira Axundova Milli Məclisin (MM) yazc sessiyasının sonuncu icalsının fasiləsiz keçirilməsinə etirazını bildirib.

Etikxeber.az xəbər verir ki, deputat qeyd edib ki, son iclasın fasiləsiz işləməsi düzgün deyil:

elmira-kitab

“Hələ gündəlikdə 20 qanunun müzakirəsi durur. Çox ciddi məsələlər var. Mən də öz münasibətimi bildrimək istəyirəm. Burada şəkərdən, digər xəstəliklərdən əziyyət çəkən, yemək yemək istəyən şəxslər var. Ona görə də iclasda fasilə verilməli idi”. 

Birinci vistse-spiker  Ziyafət Əsgərov isə deputata cavab verib ki, sədr Oqtay Əsədov iclasın fasiləsiz işləməsi ilə bağlı deputatlardan rəy öyrənib:

“Onlar da bu məsələyə müsbət yanaşdılar. Əgər siz yemək yemək istəyirsinizsə buyurub gedib yemək yeyə bilərsiniz. Burada heç bir problem yoxdur”.

Etikxeber.az

 

Read Previous

“Niyə insanlar normal tərcümeyi- hallarını korlayaraq əlil olmaq istəyirlər?” – DEPUTAT

Read Next

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ikinci oxunuşdan keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir