“İçməli su təchizatı, ödəmə terminallarının və bankomatların az olması, işsizlik və sosial müavinətlər görüşlər zamanı ən çox səsləndirilən fikirlərdəndir…”-MİLLƏT VƏKİLİ

Öncədən də bölüşdüyümüz kimi, iyunun 20-də Minbaşı, Yaxa Dəllək, Qaraağac və Beşdəli kəndlərində, eləcə də, Sabirabad rayonu Heydər Əliyev Mərkəzində seçicilərlə görüşdük. Pandemiya ilə mübarizə dövrünün tələblərinə (maskadan istifadə, sosial məsafənin saxlanılması və s.) uyğun şəkildə keçirilən görüşlər həm ünsiyyət, həm də seçicilərimi narahat edən qayğıların aradan qaldırılması baxımından faydalı və məhsuldar oldu.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov qeyd edib.

Bildirib ki, içməli su təchizatı, suvarma sisteminin təkmilləşdirilməsi, elektron ödəmə terminallarının və bankomatların az olması, işsizlik və sosial müavinətlə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər görüşlər zamanı ən çox səsləndirilən fikirlərdəndirlər.

“Bir qisim məsələ yerində öz həllini tapdı, digər qismi isə müəyyən zaman çərçivəsində həll olunacaq. Ümumilikdə, görüşlər zamanı isti münasibətin, karantin rejiminin tələblərinə hörmətin və riayət olunmasının, yerlərdə maarifləndirmənin və müvafiq işlərin düzgün aparıldığının şahidi olduq. Sabirabaddan, doğma və dəyərli seçicilərimdən çox qısa müddət üçün ayrılaraq onları narahat edən məsələlərin həlli üçün Bakıya qayıtdıq.

Fürsətdən istifadə edərək, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, onun müavini İlham Əsgərova, Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadəyə qaldırılan məsələlərin həllində sərgilədikləri münasibətə görə təşəkkür edirəm. Yeni Azərbaycan Partiyasının dəstəyi və rolu seçicilərlə işin aparımasında müstəsna yer almaqdadır. Və, təbii ki, seçicilərimə görüşlərdə göstərdikləri münasibətə görə xüsusi təşəkkür edirəm”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu gözəl əsəri izləyib Türk tarixi ilə, Türk milləti ilə qürur duymamaq mümkün deyil”-GÜLTƏKİN HACIBƏYLİ

Read Next

MM-in sabahkı iclası-TƏXİRƏ SALINDI, DEPUTATLARIN KORONVİRUSA YOLUXUB-YOLUXMADIĞI İSƏ SABAH BİLİNƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir