İcra başçısı 600-dən yüksək bal toplamış 21 məzunu qəbul etdi-ONLARA “MÖHKƏM İRADƏ” ARZULADI – FOTOLAR

İsmayıllıda yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.

Etikxeber.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 600-dən yüksək bal toplamış 21 məzun və 1 nəfər Avropa Coğrafiya Olimpiadasının iştirakçısı ilə görüşüb.

Tədbir pandemiya qaydalarına uyğun 2 mərhələdə olmaqla açıq səma altında baş tutub.

Görüşdə rayon rəhbəri uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara doğma vətənimizin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcəkdə yüksək nailiyyətlər arzulayıb.

O, bildirib ki, təhsil hər bir ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”.

“Bu gün Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Sevinirəm ki, sizin kimi gənclərin sayəsində İsmayıllı təhsili hər zaman ön sıralarda dayanır”-deyə, o, əlavə edib.

Sonda rayon icra hakimiyyətinin dəyərli hədiyyələri tələbə gənclərə təqdim edilib, müvafiq diplomlarla təltif olunub.

Onlarla xatirə şəkli çəkilib.

Etikxeber.az

Read Previous

“Biz bu münasibətləri daha da genişləndirməliyik…”-TÜRKİYƏDƏ SƏFƏRDƏ OLAN SAHİBƏ QAFAROVA BELƏ DEDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Müraciətlər əsasən müalicə, təhsil, işlə təmin edilmə, əlilliyin qiymətləndirilməsi, hüquq-mühafizə orqanları ilə bağlı oldu ki…”-DEPUTAT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir