Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biləsuvar rayonunda bir neçə bələdiyyə üzrə 40-dan artıq vətəndaşdan daxil olmuş müraciətlər tərəfimizdən ümumiləşdirilərək araşdırma üçün Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan – Ədliyyə Nazirliyinə göndərildi.
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
Qeyd edib ki, şikayətlərin məzmununu əsasən korrupsiya və süründürməçilik hallarına dair iddialar təşkil edir.
“İttihamların əsaslı olub-olmadığını araşdırmalar göstərəcək. Hələlik isə hər kəsi təmkinli olmağa çağırır və nəzərinizə çatdırıram ki, araşdırmalar yekunlaşmadan kimisə itiham etmək qanuni və etik deyil”-deyə, o, əlavə edib.
Qeyd edək ki, hələ bir neçə ay öncə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Biləsuvarda əməliyyat tədbirləri keçirilmiş, yeyintiyə, mənimsəməyə, rüşvəxtxorluğa görə, icra başçısı Mahir Quliyev də daxil olmaqla, bir neçə vəzifəli şəxs həbs edilm, haqlarında həbs qətimkan tədbirləri seçilmişdir.
Ancaq buna baxmayaraq, Biləsuvarda hələ də bir çox problemlər (o cümlədən, su) qalmaqda və həllini gözləməkdədir.
Onu da qeyd edək ki, Biləsuvarı parlamentdə təmsil edən və fəallığı ilə seçilən millət vəkili B. Məhərəmmov tərəfindən mütəmadi olaraq, rayondakı problemlər həm sosial şəbəkələrdə, həm mediada, həm də Milli Məclisin (MM) komitə və plenar iclaslarında dilə gətirilmiş, vurğulanmışdır.
Etikxeber.az