İcra başçısı İradə Gülməmmədova və oğlu könüllü orduya-YAZILDI – FOTOLAR

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışa Abşeron rayon ictimaiyyəti də qoşulub.

Etikxeber.az bildirir ki, Abşeron rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun gəncləri, Qarabağ qaziləri, idmançılar, ehtiyatda olan hərbçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsində gələrək könüllü kimi qeydiyyatdan keçiblər.

Qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı İradə Gülməmmədova və onun oğlu Məhəmməd Gülməmmədov da olub.

İcra başçısı hər an Ali Baş Komandanın əmri ilə cəbhəyə getməyə hazır olduğunu qeyd edib.

Etikxeber.az

Read Previous

“Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir”-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI – YENİLƏNİB

Read Next

“Bu tədbirlər heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı deyil”-RUSİYANIN MÜDAFİƏ NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir