İcra başçısı kənd sakinləri ilə nələri müzakirə etdi? – DEPUTAT AYDINLIQ GƏTİRDİ – FOTOLAR

Ağcabədi rayon İcra Hakimiyyətin başçısı Sahin Məmmədov bu gün-1may 2019-cu il tarixində  rayonun Hüsülü kəndində vətəndaşlarla, yerli kənd sakinləri ilə görüş keçirib.

Etikxeber.az-ın əldə etdiyi məlumata görə, icra başçısı görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu 16 il  müddətində, xüsusilə, 11 aprel seçkilərindən ötən bir il ərzində apardığı uğurlu daxili və xarici siyasətdən danışıb.

tahir-13

Ş. Məmmədov görüşdə dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı, Azərbaycan vətəndaşlarının maddi-rufah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən, ələlxüsus, 2018-ci ildə və 2019-cu ilin birinci rübündə geniş vüsət alan islahatlar prosesindən, sosial islahatlardan, eləcə də, dünyada baş verən hadisələrə,  qarşıdurmalara, qlobal kataklizmlərə rəğmən, Azərbaycandakı ictimai-siyasi sabitlikdən, Azərbaycanın  dünyanın, yerləşdiyi coğrafiyanın sabitlik və təhlükəsizlik adasına çevrilməsindən, o cümlədən, uğurla reallaşdırlan mühüm regional və transmilli layihələrdən, onların uğurlu nəticələrindən geniş söz açıb.

İcra başçısı görüş zamanı diqqəti  aprelin 30-da Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasa cəlb edərək, ümumiyyətlə, bu tipli iclasların artıq bir ənənəyə çevrildiyini, hesabatlılıq daşıdığını və ölkənin sosial-iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə müsbət töhfələr verdiyini vurğulayıb.

iclas-2019-2

iclas-2019-1

O, eyni zamanda, ölkədə dövlət başçısının rəhbərliyi ilə bir çox məsələlərin həlli yönündə görülən genişmiqyaslı tədbirlərdən və onların adıçəkilən iclasda geniş şəkildə dilə gətirilməsindən, müzakirə edilməsindən, eləcə də, növbəti hədəflərin müəyyənləşdirilməsindən bəhs edib.

Ş. Məmmədov həm də  ölkə başçısı tərəfindən imzalanan “Strateji Yol Xəritəsi”ndən və burada nəzərdə tutulan tədbirlərin gedişindən, həmçinin, qaz limitinin artırılmasından və bunun məhz ölkə prezidentinin təşəbbüsü olaraq, reallaşdırılmasından,  həmçinin, digər sosial məsələlərdən danışıraq,  kənd sakinlərini ətraflı şəkildə məlumatlandırıb.

Sonra görüşdə çıxış edən kənd sakinləri  Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tədbirləri, islahatlar prosesini yüksək qiymətləndirdiklərini və ölkə başçısına minnətdarlıqlarını ifadə edibilər.

tahir-11

tahir-15

tahir-14

tahir-16

tahir-17

Bununla yanaşı, görüşdə  qarşıda duran vəzifələrdən bəhs edilib, rayon üçün vacib olan bir sıra məsələlərin həlli önə plana çəkilib, rayonda tikilən məktəblər, çəkilən yollar və digər məsələlər barədə geniş müzakirələr açılıb.

tahir-18

tahir-19

tahir-20

tahir-21

tahir-22

Tədbirdə həmçinin Ağcabədi rayonunu Milli Məclisdə (MM) təmsil edən millət vəkili Tahir Rzayev də iştirak edib.

T. Rzayev isə saytımıza açıqlamasında bunları bildirib:

“Hüsülü kəndində keçirilən tədbirdə bir deputat kimi mən də iştirak etdim. Daim belə hesab etmişəm və indi də belə hesab edirəm kimi, bu kimi tədbirlərin, görüşlərin müntəzəm keçirilməsi vacibdir və əhəmiyyətlidir. Çünki insanları yerində dinləmək, onların maraqlandıram məsələlərinin həllinə kömək etmək, vətəndaşları doğru-düzgün məlumatlandırmaq, onlara ölkədə görülən ölçüyəgəlməz işlərdən, islahatlar prosesindən, onun müsbət nəticələrindən daha dolğun və ərtaflı bəhs etmək üçün belə görüşlərə və tədbirlərə hər zaman böyük ehtiyac var.

tahirrr

Qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dövründə həyata keçirdiyi siyasət, regionların inkişafı yönündə uğurla reallaşdırlan 3 Dövlət Proqramı  ( artıq 4-cü Dövlət Proqramının da icrasına başlanılıb)  nəticəsində Azərbaycanın digər bölgələri kimi, Ağcabədi rayonu da son illər əzrzində böyük sürətlə inkişaf edib, gözəlləşib, simasını dəyişib. Hər bir bölgə kimi Ağcabədi rayonu da hər zaman dövlət başçısının diqqət mərkəzində olub, onun diqqət və qayğısı ilə əhatələnib.

aqcabedi

Dövlət başçısı bir neçə dəfə rayonumuzda olub, görülən işlərlə yaxıdan tanışlıq imkanı əldə edib, həmçinin, Ağcabədinin sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə fərman və sərəncam imzalayıb. Bu fərman və sərəncamların uğurlu nəticələri də göz önündədir. Ağcabədi bu gün ölkənin ən inkişaf etmiş bölgələrindən biri kimi hər birimizi, bütün ağcabədililəri qürürlandırmaqdır.

agcabedi

67_big

agcabedi (1)

Ağçabədinin bugünkü inkişafında, gözəlləşməsində rayon rəhbərliyinin, icra başçısı Şahin müəllimin də böyük xidmətləri var, bu xidmətlər danılmazdır. Odur ki, Ağcabədinin inkişafına, onun daha da çiçəklənməsi və tərəqqi etməsi üçün atdığı bütün addımlara görə ölkə Prezidenti cənab İlham Əliyevə ağcabədililər, o cümlədən, Hüsülü kəndinin sakinləri adından sonsuz və dərin minnətdarlğımızı ifadə edir, rayon əhalisinin hamısının bir nəfər kimi Azərbaycan dövlətinin yanında olduğunu və dövlət başçısının ətrafında sıx birləşdiyini səmimiyyətimlə dilə gətirirəm.

Çünki başqa cür də ola bilməz. Bütün Azərbaycan vətəndaşları kimi, sadə və zəhmətkeş ağcabədililər də hər zaman öz dövlətinin yanında olub, öz müstəqil dövlətinə, dövlətçiliyinə sadiqlik nümayiş etdirib, ona sədaqətlə xidmət ediblər. Bunu bu gün bir daha öz gözlərimlə gördüm, duydum və Ağcabədini təmsil edən bir millət vəkili kimi fəxr etdim. Belə bir görüşü təşkil etdiyinə, insanlarla səmimi, açıq müzakirələrinə, onlara həssaslıqla yanaşmasına görə də icra başçısı Şahin Məmmədova minnətdarlığımı ifadə edir, işlərində uğurlar arzulyayıram. 

Bir daha hesab edirəm ki, bu cür tədbirlər, görüşlər bundan sonra daha intensiv və müntəzəm xarakter daşımalıdır. İnanıram ki, belə də olacaq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

 

Read Previous

Tanınmış diktor Natəvan Hacıyeva dünyasını dəyişdi…

Read Next

“Barsa” “Liverpul”u darmadağın etdi: 3-0 – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir