“İctimai-siyasi həyatda Mehriban xanımın böyük xidmətləri var” – YAP RƏSMİSİ – FOTOLAR – YENİLƏNİB

Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir. Azərbaycanda mültikulturalizm dövlət siyasətinin tərkib hissəsidir.Etikxeber.az xəbər verir ki, bu fikirləri  Baş nazirin müavini, hakim partiya Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfransda deyib.

Ə. Əhmədov bildirib ki, indiki halda, dünyada sivilizasiyalar arasında toqquşmaların baş verdiyi zamanda mədəniyyətlərarası dialoqa töhfələr verilməsi, multikulturalizm ideyasının təbliğ edilməsi xüsusi önəm daşıyır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, dünya birliyi, beynəlxalq təşkilatlar da Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri birmənalı şəkildə etiraf edirlər. Bunun aydın ifadələrindən biri də mütəmadi olaraq bu mövzuda nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsindən ibarətdir.

yapppppppppppppppppppppp

YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətinə Heydər Əliyev Fondu çox ciddi dəstək verir.

Onun sözlərinə görə, Fond yarandığı vaxtdan bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir və bu sahədə ilk təşəbbüslərin və addımların atılmasında mühüm rol oynayıb:

“Multikulturalizm Azərbaycanın ictimai həyatının əhəmiyyətli bir dəyərinə çevrilib və bu dəyər Azərbaycan tərəfindən ciddi şəkildə bütün dünyaya təbliğ edilməkdədir. Xüsusi olaraq indiki halda sivilizasiyalar arasında, mədəniyyətlər arasında bizi narahat edən çox sərt toqquşmaların baş verdiyi bir zamanda multikulturalizm ideyalarının təbliğ edilməsi xüsusi önəm daşıyır. Məmnunluq hissi ilə demək lazımdır ki, artıq dünya birliyi, beynəlxalq təşkilatlar da Azərbaycanın sivilizasiyalar arası dialoqa böyük önəm verdiyini və bu prosesə böyük töhfə verdiyini birmənalı şəkildə etiraf edir. Azərbaycanın bu sahədəki fəaliyyətinə çox ciddi dəstək verən Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu ilk təşəbbüsün atılmasında əhəmiyyətli rol oynayıb ki, bu gün Azərbaycanda sivilizasiyalar, mədəniyyətlər arası dialoq təşkil edilsin, Azərbaycan bu prosesə öz töhfəsini versin”.

Konfransın  çox əlamətdar gün ərəfəsinə təsadüf etdiyini deyən Əli Əhmədov qeyd edib ki, avqustun 26-da Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Baş nazirin müavini bildirib ki, sivilizasiyalarası dialoqun təbliğ olunmasında Mehriban xanım Əliyeva böyük xidmətlər göstərməkdədir.

Əli Əhmədov Mehriban xanım Əliyevanı öz adından və YAP-ın çoxsaylı üzvləri adından təbrik edərək deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında Mehriban xanımın böyük rolu və xidmətləri var.

***

Tədbirdə daha sonra mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov və Azərbaycanın Xalq artisti, professor Mənsum İbrahimov çıxış edərək Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən danışıblar.

Onun ictimai fəaliyyəti, sivilizasiyalararası dialoqa, eləcə də, milli mənəvi dəyərlərimizin qorunmasında və dünyada təbliğ olunmasında  verdiyi töhfələr xüsusi vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partisaının təbrik videoçarxı təqdim olunub.

ziyadello

ziadello-1

Etikxeber.az

 

Read Previous

“Oxuyurdum ki, Allahımı, doğru yolu tanıyım…” – ALLAHŞÜKÜR PAŞAZADƏ

Read Next

“MiQ-29”-un qəzaya uğrama səbəbi – MN-NİN AÇIQLAMASI DARTIŞMAYA SƏBƏB OLDU – İNDİ DƏ SİYASİLƏR, EKSPERTLƏR BU MƏSƏLƏDƏ RAZILIĞA GƏLƏ BİLMƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir