“İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub”-MÜDAFİƏ NAZİRLİYİ

General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

Etikxeber.az bildirir ki, bu, Müdafiə Nazirliyindən verilən məlumatda əksini tapıb.

Məlumatda sonra deyilir:

“Videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir”.

Etikxeber.az

Read Previous

“Paşinyana inananların menyusu, siyasi müzakirəsi üçün çox yaxşı çağırışdır-özlərini bir balaca əziyyətə salıb düşünsünlər: Ermənistan Dağlıq Qarabağı özü tanımırsa, başqalarından necə tanıma tələbində buluna bilər?”-QƏNİRƏ PAŞAYEVA

Read Next

“Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir”-Baş Prokurorluqdan Fuad Qəhrəmanlı, Asif Yusifli, Seymur Əhmədov və digərlərinin həbsi ilə bağlı – AÇIQLAMA – OMBUDSMAN DA HƏBSDƏKİLƏRƏ BAŞ ÇƏKDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir