İddiamız imkanlarımıza uyğun deyil və ya LİDER YOXDUR – AZƏR SARIYEV YAZIR

İrandakı etiraz dalğası ilə bağlı yazmışdım: bu gün də olmasa, sabaha hazır olmalıyıq!

Bu gün İranda etiraz hərəkatı nə qədər miqyaslı olursa- olsun, qalib gələcək gücdə deyil. Çünki hərəkatın lokomotiv təşkilatı və lideri yoxdur. Hazırki İran idarəçiliyi də baş verəcəklərə qarşı preventiv tədbirlər proqramı ilə hazır görünür.

2500 ildən artıq dövlətçilik təcrübəsinə malik İran idarəçiliyi məzmunu saxlamaqla forma dəyişkənliyi ilə dövləti yaşatmaq təcrübəsini yenidən tətbiq etmək gücündə görünür. Necə ki, zaman-zaman həmin praktikanı tətbiq edərək panfarsist dövlətçiliyi qoruyaraq saxlaya bilib. İranı yaxşı bilənlər fərqindədirlər ki, bu dövlətin idarərçiliyinin də, dövlətə qarşı etirazların da özəyini türklər təşkil etdi.

AZERRRRRRRRRRRRRR

İrandakı ərəblər, kürdlər, bəluclar və digər milli və etnik azlıqların türklər qədər forma və məzmun dəyişikliklərinə ciddi təsiri olmayıb. İranın tarixi göstərir ki, ümumilikdə türklərin aşağılı-yuxarılı təsiri olmadan, İran coğrafiyasında dəyişiklik imkanları çətin gerçəkləşə bilər. Lakin bu dəyişiklikdən kimin qazanacağı bizim üçün həyati məsələdir: Panfarsist ideologiyası daşıyıcılarının, yaxud İran coğrafiyasındakı qeyr-fars xalqlarının, o cümlədən soydaşlarımızın.

İrandakı dəyişikliklər bizə də təsirsiz olmayacaq. Ona görə də hadisələri qarşılaya biləcək proqrama malik olmalıyıq. Bundan başqa, fərd olaraq da Güneydəki soydaşlarımızın gələcək sıxıntılarını qarşılamağa böyük ideallar naminə hazır olmalıyıq. Digər tərəfdən, İranda dəyişiklik gözləyən xarici güclər bu amilləri nəzərə almalıdır.

Bu dəfə də azərbaycanlılarsız dəyişiklik mümkün olmayacaq. Lakin dəyişiklikdən sonra idarəçilikdə azərbaycançı təfəkkürlülər olacaqmı- əvvəlki inqilablardakı kimi olsa, xeyr!

Ona görə yazmışdım ki, hazır olmalıyıq! İndi İranda rejim dəyişikliyinə gedəcək etirazların sürətlə vüsət aılmasını istəmərəm. Ona görə ki, hələ hazır deyilik.

Nə hərəkatımıza rəhbərlik edə biləcək təşkilatımız var, nə də çoxluğun qəbul etdiyi liderimiz.

İddiamız imkanlarımıza uyğun deyil.

Azər SARIYEV,

Müstəqil jurnalist

Etikxeber.az

Read Previous

“Şalke” “Yuventus”un futbolçusunu icarəyə götürdü

Read Next

Futbol üzrə yarımfinalçılar müəyyənləşdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir