“İdlibə görə görüşürlər, ancaq Qarabağ görə…” – POLİTOLOQDAN ETİRAZ

Türkiyə və Rusiya prezidentləri artıq neçənci dəfədir ki, Suriyanın İdlib şəhərinə görə görüşür və mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Azərbaycanla sıx əlaqələri olan Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə görə bircə dəfə də ayrıca müzakirə aparmayıblar.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ancaq buna görə günah onlarda yox, bizdədir.

“Günah bizdədir ki, torpaqlarımızın işğalını uzadan sakitliyi pozmuruq, danışıqların imitasiyası var, buna görə də mövzumuzu aktuallaşdıra bilmirik.

Görünür, bölgədə lokal müharibə olmalıdır ki, dostlaşan Ərdoğanla Putin İdlib kimi Dağlıq Qarabağ münaqişəsinin həllini də müzakirə etsinlər…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

92 və 95-dən az oktan ədədi ilə avtomobil benzini rüsumundan – AZAD EDİLDİ

Read Next

“Dünya sularında “Vəzir Orucov” gəmisi üzsə…” – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir