İdmançılarımız ilk İslamiadada 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıb – DEPUTAT – FOTO

Millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda dünən açılış mərasimi keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini bildirib və qısa arayış verib.

islamiada-acilis

aydin-islam

Etikxeber.az millət vəkilinin fikirlərini və arayışını təqdim edir:

-Oyunlarda 54 ölkənin idmançıları 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışların proqramına bəzi yeni idman növləri də daxil edilib. Bunlar güləş, cüdo, paracüdo, paraatletika, boks, zorxana, atıcılıq, bədii və idman gimnastikasıdır.

Komanda idman növlərindən 3X3 basketbol, su polosu, voleybol, həndbol və futbola yer verilib. Həmçinin, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, atletika, taekvondo, ağırlıqqaldırma, karate və uşu üzrə yarışlar baş tutacaq.

Yarışlar 17 məkanda Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Mərkəzi, Su Polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, AZAL Arena, Dalğa Arena, Tofiq Bəhramov adına Respublika stadionu, Ağır Atletika Arenası, Bakı İdman Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı 1, Bakı Kristal Zalı 2, Sərhədçi İdman Kompleksi, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında keçiriləcək.

Oyunların maskotları – İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər.

İslamiadanın açılışı mayın 12-nə təyin olunsa da, artıq futbol, həndbol və voleybol yarışlarına start verilib. Bu da Oyunların təqviminin qısa olması ilə əlaqədardır.

Azərbaycan “Bakı 2017”yə ən böyük heyətlə – 500 nəfərlə qatılacaq. Onlardan 345-i idmançıdır. İkinci ən geniş heyət isə Türkiyəyə məxsusdur. Qonşu ölkə yarışlarda 339 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.

Azərbaycan idmançıları ilk İslamiadada 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. Üçüncü dəfə təşkil olunan Oyunlarda isə 6 qızıl, 9 gümüş və 9 bürünc medal əldə olunub.

 Etikxeber.az

Read Previous

“Bu, sizin Oyunlarınızdır: Ölkəmiz sizin eviniz olacaq” – MEHRİBAN ƏLİYEVA- FOTOLAR – YENİLƏNİB

Read Next

“Azərbaycan saatlar öncə daha bir uğura, ilkə imza atdı…” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir