“İfrat yoxsulluq ləğv edilib…” – ZİYAD SƏMƏDZADƏ – YENİLƏNİB – (2)

Bakıda Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

Etikxeber.az xəbər verir ki, konfransda Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak edir.

Məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmasıdır.

Konfransda 30-dək təqdimat dinləniləcək və müzakirələr aparılacaq.

***

ziyadddddd-2

“Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib”.

Bunu elmi-praktik konfransda çıxış edən Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, kölgə iqtisadiyyatına kasıb ölkələrdə rast gəlinməsi təsadüfi deyil.

“Müstəqilliyin ilkin illərində insanları ilk növbədə yaşamaq uğrunda mübarizə aparmaq maraqlandırırdı, bu sahədə uçot, qeydiyyat aparılması mümkün deyildi. Bu gün isə Azərbaycanda yoxsulluğun, işsizliyin səviyyəsi 4-5%-ə düşüb. Biz artıq oturuşmuş bir dövlət yaratmışıq, Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib.

Bütün bunlar artıq ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizə aparılmasını aktual edir. Əgər biz dünyanın Ən aparıcı şirkətləri ilə əməkdaşlıq ediriksə, mühüm beynəlxalq nəqliyyat mərkəzinə çevrilirsə, bu addımların daha güclü, effektli olması üçün şəffaflığın artırılması diqqət mərkəzində olmalıdır”-deyə, komitə sədri bildirib.

***

“Prezident İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb”.

Bunu isə vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, “kölgə iqtisadiyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olur:

“Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcmini azaltmağı hədəfləyib: “Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur çıxır. Amma, bu, müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, həm yerli, həm də xarici investorlar üçün vacib şərtdir. “Kölgə iqtisadoyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olan 3 əsas amildən biridir”.

***

Dövlət Gömrük Komitəsi (DGK) kölgə iqtisadiyyatı” ilə bir neçə istiqamətdə mübarizə aparır.

Bunu öz növbəsində  DGK-nın sədri Səfər Mehdiyev  bildirib.

Komitə sədrinin sözlərinə görə, ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir:

“Sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin qeydiyyatı tam avtomatlaşdırılıb. Bununla da qeydiyyatsız malların ölkəyə girişinə qadağa qoyulub. Bu gün son 2 il ərzində bir dənə də qeydiyyatsız avtomobil ölkəyə daxil ola bilməyib”.

DGK sədri bildirib ki, bu mübarizənin II istiqaməti risklərin dəyəndirilməsi və baş verə biləcək risklərin qiymətləndirilməsi, III istiqaməti isə qaçaqmalçılıqla mübarizədir:

” Bəzi işbazlar formalaşıb və bizim işimiz onları müəyyən edib “kölgə iqtisadiyyatı”nı aradan qaldırmaqdır. O cümlədən xüsusi imtiyaz verilmiş şəxslər arasında kommersiya məqsədi üçün nəzərdə tutulmadığı adı altında belə fəaliyyətlə məşğul olan işbazlar formalaşıb. Bu işbazlarla da mübarizə aparılır”.

S.Mehdiyev qeyd edib ki, tranzit zamanı dövlətlər arasında onlayn məlumat mübadiləsi sisteminin yaradılması da vacibdir:

“Aparılan islahatların nəticəsi bizi sevindirir. Keçən il DGK büdcəyə 1 milyard manatdan artıq vəsait köçürüb. Bu il isə əlavə 500 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur. Yəni, 1,3 milyard manat nəzərdə tutulsa da, bu rəqəmin 1,8 milyard manat olması gözlənilir”.

S.Mehdiyev bildirib ki, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması üçün qaçaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. O qeyd edib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanın tranzit potensialı 2 dəfədən artıq artıb.

Bundan başqa, onun sözlərinə görə, “Yaşıl dəhliz” sistemi sahibkar-məmur ünsiyyətini minimuma endirib: “Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik. Əgər hər hansı malı alarkən onun çekini almırıqsa, “kölgə iqtisadiyyatı”na şərait yaratmış oluruq”.

Etikxeber.az

Read Previous

Bakı-Sumqayıt və Bakı-Xırdalan istiqamətində avtobusların sayı artırılacaq

Read Next

“Jurnalistlə münaqişə zonasında qarşıla biləcəklıri vəziyyətlərə hazır olmalıdır” – AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir