Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Braziliyanın paytaxtında baş verən kütləvi iğtişaşlar zamanı 49 nəfər xəsarət alıb.
Etikxeber.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib, 7 nəfərin saxlanıldığı bildirilir.
Braziliyanın müdafiə naziri Raul Junqmann bəyan edib ki, dövlət idarələrinin mühafizəsinə ordu hissələri cəlb ediləcək. Bundan əvvəl Braziliyada etirazçılar maliyyə, kənd təsərrüfatı və mədəniyyət nazirliyinin binasını yandırıblar. Hazırda yanğınlar söndürülüb.
Braziliyanın paytaxtında prezident Mişel Temerə qarşı etiraz aksiyaları davam edir. Etirazçılar dövlət başçısının istefasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Müxtəlif məlumatlara görə, nümayiş və etiraz aksiyalarında 150 mindən çox insan iştirak edir.
Etikxeber.az