İki bacının tək qardaşı…Şəhid Rza Məmmədovun-CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR, BU GÜN ONUN 20 YAŞI TAMAM OLUR – FOTOLAR

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-Rza Əsgər (Xanbaba) oğlu Məmmədovun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Şamaxı rayonunun Göylər kəndindən olan Rza Məmmədov 2001-ci ilin iyul ayının 23-ündə sadə bir ailədə dünyaya gəlib.

Ancaq onun doğum şəhadətnaməsındə, kimliyində doğum tarixi noyabr ayının 20-si kimi göstərilib.

Bu gün Rzanın 20 yaşı tamam olur və bu, onun Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.

Qeyd edək ki, Rza evin-ailənin tək oğlu, iki bacının bir qardaşı olub.

O, həm də cəmi 9 ayın Əsgəri olub.

Rza İkinci Vətən Müharibəsinin elə ilk günü-sentyabrın 27-ində Füzuli uğrunda ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Sonra nəşi doğulub boya-başa çatdığı Göylərə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra medallarla təltif olunub.

Nur içində yatsın, Cənnətdəki ilk ad günü mübarək olsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

Etikxeber.az

Read Previous

“880 il Sənsiz” adlı qısametrajlı film-HAZIRLANDI – FOTO-VİDEO

Read Next

“Güman edirik ki, Aİ rəsmisinin səfərindən sonra Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək, sülh müqaviləsi bağlamağa hazır olduğunu nümayiş etdirəcək”-KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir