İki dayısı Birinci Qarabağ Savaşının Şəhidi, bir əmisi Birinci Vətən Müharibəsinin iştirakçısı, bir əmisi oğlu 2010-cu il Şəhidi olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNƏ KÖNÜLLÜ GEDƏN, BİR GÖZÜNÜ İTİRƏN, BİR GÖZÜ CƏMİ 10 FAİZ GÖRƏN, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 2 MEDALLI QAZİ ELNUR SƏMƏDOV… – FOTOLAR

Əsl Vətən sevdalısı…

Əsl Vətən fədaisi…

İliyinəcən, ruhuyla, qanıyla, canıyla əsl Azərbaycanlı, əsl Azərbaycan türkü, əsl Azərbaycan övladı, əsl Azərbaycan vətəndaşı…

1990-cı il təvəllüdlü…

Ələt, Qaradağ doğumlu…Əslən Şamaxılı, Nərimankəndlili…

Evin-ailənin 3 övladından biri, tək və subay oğul…

Elnur Səmədov…

Elnur atasını illər öncə itirib…

Səhhətində xeyli ciddi problemləri olan, əsa ilə güclə hərəkət edən anası-Nur, Mələk simlalı Nəzakət xanım, Nəzakət Ana ona həm Ana, həm də Ata olub…

İki dayısı-Qalib Cəbrayılov Rasim Cəbrayılov Birinci Qarabağ Savaşı Şəhidlərindəndir…

Əmisi, Haqqı hələ də tanınmayan Afət Səmədov Birinci Qarabağ Savaşının iştirakçılarındandır…

Qardaş qədər və bəlkə də canından çox istədiyi əmisi oğlu Rüfət (Rüfət Zaur oğlu Səmədov) 2010-cu ildə, Ağdamda- həqiqi hərbi xidmətdə olarkən Şəhidlik məqamına yüksəlib…

Elnur İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə könüllü gedəndə də deyib ki, Rüfətin, qardaşımın qanını, qisasını almağa gedirəm…

Və dediyini də edib, Rüfətin, qardaşının da qisasını alıb…

18 günlük şərəfli döyüş yolu keçib…

Və oktyabrın 17-də Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində çox ağır və ölümcül yaranıb…

Bədənində demək olar ki, salamat yer qalmayıb, hər yerindən yaralanıb…

Bu gün də bədəni qəlpələrlə doludur…

Sol gözünü tamam itirib, sağ gözü isə cəmi 10 faiz görür…

Sağ əli hələ də gipsin içindədir…

Qazi, Birinci qrup müharibə əlildir…

İki medallıdır…

Elnurla, Vətən sevdalısı ilə də dünən, 24 sentyabr tarixində-Ələtdə, Şəhidi əmisi oğlu Rüfətgildə olarkən tanış oldum…

Onunla tanış olmağıma da gerçəkdən və gerçəkdən çox şad oldum, çox sevindim…

İnsan nə qədər Vətənpərvər, nə qədər Vətənsevər, nə qədər qohumcanlı, nə qədər gözü, könlü tox, sadə və təvazökar olar İlahi…

Vətənpərvərliyi, qeyrəti, namusu, sadəliyi, təvazökarlığı qarşısında baş əyiləcək Oğul, İgid və Qəhrəman Elnur, Elnur Səmədov

Fəxr etdim, Qürur duydum Onunla…

Sözlər, kəlmələr belə Onun Vətənpərvərliyi, Qəhrəmanlığı qarşısında acizdir…

Fəxr etdim, Qürur duydum ki, Azərbaycanımızın belə təmənnasız, gözü, könlü tox, Vətən sevdalısı Oğlu, İgidi, Qəhrəmanı var…

Allah qorusun!

Qarşısında bir daha baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Türkiyə daim Azərbaycanın yanındadır”-AKAR

Read Next

2010-cu il Şəhidi Rüfət Səmədovun anası Aybəniz Səmədovaya- “VƏTƏN NAMİNƏ”-NİN “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir