İki dövlət Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirakdan-İMTİNA ETDİ

Kanada Milli Olimpiya Komitəsi (MOK) koronavirusun yayılması ilə əlaqədar idmançıları Tokio Yay Olimpiya Oyunlarına göndərməmək qərarına gəlib. 

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanada MOK-un bəyanatında bildirilib.

MOK prezidenti Tomas Bax 4 həftə ərzində koronavirusla əlaqədar olan vəziyyət kontekstində Olimpiya Oyunlarının keçirilməsi imkanına dair qərar verəcəyini söyləyib.

“Vedomosti.ru”nun məlumatın görə, ardınca Avstraliya Milli Olimpiya Komitəsi də anoloji qərar qəbul etdiyini elan edib.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 24 iyul – 9 avqust tarixlərində keçirilməsi planlaşdırılır.  

Etikxeber.az

Read Previous

Azərbaycan Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımır-XİN

Read Next

Gəncə YAP-çıları bir aylıq maaşlarını-KMDF-YƏ KEÇİRDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir