Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Etikxeber.az-ın xəbərinə görə, 77 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan final görüşündə macarıstanlı Zotlan Levayı məğlub edib.
O, 3:1 hesabı ilə qalib gəlib.
Süleymanov həlledici qarşılaşmayadək erməni əsilli Bolqarıstan təmsilçisi Aik Mnatsakanyandan, italiyalı Matteo Maffetsolidən, yunanıstanlı Georgios Prevolarakisdən və ermənistanlı Karapet Çalyandan üstün olub.
Qeyd edək ki, Sənan Süleymanovdan öncə Eldəniz Əzizli də fəxri kürsüyə yüksəlib.
55 kq çəkidə yarışan Avropa və dünya çempionumuz bürünc medala sahib olub.
O, üçüncü yer uğurda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl məğlub edib.
Etikxeber.az