Cənnətdəki üçüncü doğum günü, 28 yaşı tamam olan-LƏNKƏRANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZAUR İSMAYILZADƏ İLƏ BAĞLI BAKIDA TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR YENİLƏNİB – (3)

2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı və İkinci Vətən Müharibəsinin Şəhidi Zaur Nizami oğlu İsmayılzadınin Cənnətdəki üçüncü doğum günü, 28 yaşının tamam olması ilə bağlı tədbir düzənlənib.

Tədbir Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Gəncliyə Yardım Fonunun təşkilatçılığı ilə 29 iyul 2023-cü il tarixində, saat 12:00-da Bakı şəhərində-Gəncliyə Yardım Fondunda baş tutub.

Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Daha sonra çıxışlar edilib.

Tədbir iştirakçılarından-Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, şair Əkbər Qoşalı, Gəncəli Şəhid-tək övlad Rəşad Ələkbərovun anası Nailə Rəşad, ssenarist Mehriban Sadıqova, Şəhidin döyüş yoldaşları-Qazi Orxan Hüseynli, Qazi Elnur Rüstəmov, digər Şəhid ailələrinin üzvləri, ziyalılar çıxışlar ediblər.

Çıxışlarda tariixi İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Şəhidlərimizdən, Cənnətdəki üçüncü doğum günü, 28 yaşı tamam olan Zaur İsmayılzadənin İgidliyi və Qəhrəmanlığından, Vətənə naminə fədakarlığından, qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan bəhs olunub.

Zaur İsmayılzadə də daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumuz dilə gətirilib.

Tədbirdə həmçinin, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər, musiqilər səsləndirilib, ifa edilib.

Tədbirdə zaman-zaman kövrək, duyğulu anlar da yaşanıb, tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Şəhidin anası Sevil Hüseynova isə öz nöbvəsində tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.

Övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.

Tədbir iki saatdan çox davam edib.

Tədbirdə Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, ziyalılar və digər şəxslər iştirak ediblər.

14:49

***

FOTOLAR:

***

15:55

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid əmanətlərinin – Elvin Abasovun qardaşı övladlarının-əkizlərin 40 günlüyü, böyük qardaşının isə 37 yaşı-TAMAM OLDU – FOTOLAR

Read Next

İcra başçısının qardaşını öldürən zərərçəkənin oğlu barəsində-HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir