İki gün yağış yağacaq, dolu düşəcək-XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 6-dan 7-nə keçən gecə və səhər yağıntıların güclənəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Etikxeber.az

Read Previous

Beş çağırış Milli Məclisin üvzü olan Jalə Əliyeva-YUBİLEY DOĞUM GÜNÜNDƏ “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF OLUNDU – SƏRƏNCAM

Read Next

Vətən Müharibəsi Qəhrəmanı, Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi Cavid Mahmudovun Anım Günündə-MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏCLİSİ KEÇİRİLDİ, QƏHRƏMANLIQLARLA DOLU ÖMÜR YOLUNDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir