İki il: Tarixi Qələbə və Zəfərə aparan yol-27 SENTYABR! – JALƏ ƏLİYEVA YAZDI

32 illik qanlı Qarabağ münaqişəsinə son qoyan, tarixi Qələbə və Zəfərimizə aparan 44 günlük İkinci Vətən Müharibəsinin başlamasından, 27 sentyabr 2020-ci ildən düz iki il keçir.

Düz iki il öncə-bu gün, 27 sentyabr tarixində alçaq və məkrli qonşularımızın, işğalçı, təcavüzkar, terror və faşist dövləti olan Ermənistanın növbəti qanlı fitnəkarlığı və təxribatına cavab olaraq, Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusuna, Azərbaycan Əsgərinə “Döyüş, vur!” əmri verildi, bütün cəbhə boyu əks hücüma, əks həmləyə keçildi, İkinci Qarabağ Savaşına başlandı.

Düzdür, müharibə bizim seçimimiz deyildi, bir tarixən və 27 sentyabracan,eləcə də işğala, təcavüzə, haqsızlığıa, ədalətsizliyə məruz qalan tərəf olsaq da, daim sülh mövqeyindən çıxış edir, daim sülhdən, barışdan yana idik, amma gözlərini qan bürümüş, insanlıqdan nəsibini almamış, qandan bəslənmiş ermənilər və onların faşist, xəstə təxəyüllü üzdəniraq siyaçətçilərinin, başsız başbilənlərinin avantürist, təxribatçı və fitnəkar addımları üzündən müharibə, hərb yolunu seçdik.

Bir anın içində Azərbaycan xalqı müsəlləh Əsgərə dönərək, Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin, Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi sıx birləşdi və öz yumruğunu rəzil, qəvi, qəddar düşmənin, onun əliqanlı havadarlarının başına zərblə endirdi.

Çünki Azərbaycan xalqının da, Azərbaycan dövlətinin də, Müzəffər Ali Baş Komandanın da, onun rəhbəri olduğu Rəşadətli Azərbaycan Ordusunun da səbr kasası çoxdan dolmuşdu.

Biz illərlə dedik, mesajlarımızı verdik, xəbərdarlıqlarımı etdik, hətta tarixi şanlı Aprel döyüşləri, tarixi Cünnüt əməliyyatı da onlara-düşmənə və düşməni bizim üzərimizə itələyənlərə, qanlı əməllərə həvəsləndirənlərə dərs, ibrəti-aləm olmadı.

Və nəticədə 27 sentyabrda düşmənə, onun dəstəkçilərinə gərəkən, layiqli, Haqq etdikləri cavab verildi, Rəşadətli Azərbaycan Ordusu, İgid, Qəhrəman Azərbaycan Əsgəri düşmənin üzərinı şiri-nər kimi şığıyaraq, torpaqlarımızın murdar erməni tapdından, erməni işğalından azad olunmasına başladı.

Səhər saatlarında dövlət başçmızın Azərbaycan xalqına tarixi müraciəti ilə hər kəs, bütün dünya Azərbaycanın əzminin, dəmir iradəsinin bir daha ortaya qoyulduğunun şahidi oldu.

Axşam saatlatına yaxın isə 6-cı çağırış Milli Məclisi təcili, fövqaladə iclasını keçirərək, ölkədə hərbi vəziyyətin elan olunması ilə Ali Baş Komandana müraciət etdi və cəmi saatlar sonra bu müraciət, bu çağırış öz müsbət sonucunu tapdı.

Eyni zamanda, müharibənin elə ilk günündəcə-Təhlükəsizlik Şurasının iclasında Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Qələbə, Zəfər təşnəli Azərbaycan xalqına müjdəli, sevincli xəbərlər verildi, işğal altındakı bəzi kəndlərimizin, strateji yüksəkliklərimizin azad olduğunu duyuruldu.

Ölkədə qismən səfərbərlik elan olundu, yüzlərlə, minlərlə, on minlərlə Azərbaycan gənci valideynlərinin müşaiyəti və xeyir-duası ilə hərbi komissarlıqlara, səfərbərlik xidmətlərinə axın etdilər və könüllü şəkildə-canları, qanları ilə Vətənin üdafiəsinə qoşuldular.

Və dünyadan-Şimaldan, Cənubdan, Qərbdən, Şərqdən üzərimizə gələn təhdid selinə baxmayaraq, heç nəyə-heç bir təzyiqə fikir verməyərək, Azərbaycan Ordusu Azərbaycan xalqı və Azərbaycan dövləri ilə birlikdə və Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə İkinci Vətən Müharibəsini tarixi Qələbə və Zəfərlə yekunlaşdırdı.

2020-ci ilin 9 noyabrından 10-na keçən gecədə, gecə saatlarında düşmən diz çökdürüldü, təslim olundu və 10 noyabr bəyanatını imzalamağa məhkum, məcbur edildi.

Çünki başqa çarəsi, başqa yolu yoxdu idi.

Düşmən öz acı, rəzil məğlubiyyətini bütün dünyanın gözü qarşısında bəyan etdi.

İllərin, on illərin həsrətindən sonra yenidən dağlı-aranlı Qarabağımıza qoşuduq, Vahid Azərbaycan olduq.

Qarabağ bizim idi, bizim də də oldu!

Qarabağ bizimdir və hər zaman da bizim olacaq!

Allah cəmi Şəhidlərimizin məkanlarını cənnətlik, ali məqamlarını Uca etsin, ailələrinə səbr və dözüm versin, Yaralı və Qazilərimizə kömək olsun, tezliklə sağlamlıqlarına qoşuşdursun!

Baş tacımız, and yerimiz, Fəxrimiz, Qürurumuzdurlar!

Qarşılarında ehtiramla baş əyirik!

Unutmadıq, unutdurmadıq, utunmayacağıq və unutdurmayacağıq!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Yaşasın, Qalib Azərbaycan, yaşasın, Müzəffər Ali Baş Komandan, yaşasın, Rəşadətli Azərbaycan Ordusu, İgid Azərbaycan Əsgəri!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Danışmalı məsələlər çoxdur…”-Əliyev Volodini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

Audiovizual Şuradan “Xəzər TV”-yə-XƏBƏRDARLIQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir