Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avstriyanın Lints şəhərində karate üzrə 23-cü dünya çempionatı davam edir. İki ildən bir keçirilən dünya çempionatında ölkəmiz 16 karateçi ilə təmsil olunur.
Etikxeber.az xəbər verir ki, oktyabrın 26-da yeddi Azərbaycan idmançısı çempionatda mübarizəyə qoşulub. Onlardan Ayxan Mamayev (84 kq) və Rafael Ağayev (75 kq) bütün rəqiblərini məğlub edərək, çempionatın final mərhələsinə yüksəlib. Final görüşləri oktyabrın 28-də baş tutacaq.
Oktyabrın 27-də isə çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar.
Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq.
Etikxeber.az