İki medallı, səhhətində hələ də problemlər olan və övladı Şəhid Fəxri Qəribzadənin adını daşıyan Vətən sevdalısı-FİRUDİN NƏCƏFOV… ONUN ƏLİLLİK DƏRƏCƏSİ VERİLƏCƏKMİ, KİRAYƏDƏN CANI QURTULACAQMI, EVLƏ, MƏNZİLLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

Daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, daha bir Vətən sevdalısı…

Daha bir Azərbaycan İgidi, daha bir Azərbaycan Qəhrəmanı…

Firudin Amid oğlu Nəcəfov…

Əslən Hacıqabullu, 1997-ci il doğumlu…

Ailənin 3 oğlan övladından biri…

Firudin 2015-ci ildə orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil olsa da, maddi imkansızlıq ucbatından tələbəlik arzusunu reallaşdıra bilməyib…

Və 2015-ci ilin payızında hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

2016-cı ilin Aprel döyüşlərində-Cocuq Mərcanlı istiqamətində döyüşlərdə iştirak edib…

2017-ci ildə hərbi xidmətini başa vurub, Hacıqabula dönüb, bir müddət sonra iş dalınca Bakıya gəlib, paytaxtda çalışıb, əziyyətlə halal ruzisini qazanıb…

İkinci Vətən Müharibəsi başlayan zaman isə özü könüllü şəkildə cəbhəyə, döyüşlərə yollanıb…

Sentyabrın 30-dan Fuzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib…

Döyüşüb, vuruşub, ağır döyüşlərdən birində kəllə-beyin travması, başından qəlpə yarası alıb…

Amma inadından dönməyib, döyüş yoluna davam edib…

Müharibə Qələbə ilə başa çatandan sonra da Vətənin keşiyində dayanıb və 2021-ci ilin yanvar ayında Ordudan təxris olunub…

İki medalla təltif edilib…

2021-ci ilin mayında isə iş yoldaşı, əslən Xaçmazlı bir xanımla evlənib…

Və bu ilin yanvarın 10-da oğul övladı, övladları dünyaya gəlib…

Övladının, övladlarının adını isə Fəxri qoyublar…

Bu yerdə qeyd edim ki, 10 yanvar tarixi həm də Bərdəli (həmçinin Suraxanılı) Şəhid Fəxri Qəribzadənin doğum günüdür…

Və Şəhid Fəxri Qəribzadənin Cənnətdəki ikinci ad günündə balaca, əslən Hacıqabullu Fəxri dünyaya gəlib…

Şəhid Fəxri Qəribzadənin adaşı, adını daşıyan və İgid, Qəhrəman, Qazi balası balaca Fəxri Nəcəfov…

Həmin gündən balaca Fəxri həm də Qəribzadələr ailəsinin, Şəhid ailəsinin doğmasına, sevimlisinə çevrilib…

Şəhid Fəxrinin anası Mehparə xanım tez-tez balaca Fəxriyə baş çəkməyə, onu, ailəsini ziyarət etməyə, yoluxmağa gəlir…

Şəhid Fəxrinin torpağı sanı yaşasın, balaca Fəxri, ruhu köməyi olsun, körpə, hələ 40-ı çıxmamış Fəxriyə!

***

Eyni zamanda, onu da təəssüf hissi ilə qeyd etmək istərdim ki, İkinci Vətən Müharibəsindən sonra Firudinlə maraqlanan olmayıb…

Nə aidiyyatı qurumlar və şəxslər, nə də “YAŞAT” tərəfindən…

Ona nə səhhəti, nə də maddi durumu, güzəranı ilə bağlı köməklik göstərilib…

Firudin necə deyərlər, taleyin ümidinə buraxılıb…

Səhhətində müharibənin izləri, fəsadları yaşasa da, ona hələ də əlillik dərəcəsi verilməyib…

Çox-çox təəssüflər olsun…

Firudin həm də ailəsi ilə birlikdə Bakıda çox şəraitsiz bir evdə, əgər ona da ev demək mümkündürsə, kirayədə yaşayır…

Uzun müddət işsiz qaldığı üçün evin kirayəsini belə ödəyə bilməyib…

Yalnız bugünlərdə özünə iş tapa bilib…

Və yenə də qeyd etmək istəyirəm ki, səhhətində problemlər, ciddi müalicəyə ehtiyacı olan Firudin körpə balası və xanımı ilə iydən-qoxudan dayanmaq mümkün olmayan darısqal, rütubətli bir evdə yaşayır…

Çox üzücü, çox təəssüfedici, çox məyusedici bir mənzərə, tablo…

Ona görə artıq müvafiq-aidiyyatı qurumlar yuxudan oyanmalı, Firudinə dəstək olmalı, onun müalicəsinə kömək etməlidirlər…

Həm də əlillik dərəcəsi verilməli, Haqqı olan evlə, mənzillə təmin edilməlidir...

Firudinin həm özünün, həm də ailəsinin bunlara çox böyük ehtiyacı var…

Firudin həm də təhsilini davam etdirmək, bu il ali məktəbə yenidən sənədlərini vermək istəyir…

Allah özü yardımçısı, yarımçıq qalmış arzusunu reallaşdırmağa kömək olsun!

***

Bu gün axşam saatlarına yaxın Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım və hər zaman Şəhid ailələrinin yanında olan gənc rəssamımız və onun anası ilə birlikdə Firudinin ailəsini, körpəsini ziyarət etməyə getdik…

Getdik, ziyarət etdik, bir xeyli söhbətləşdik və sağollaşıb ayrıldıq…

Böyük Yaradan bir daha Yar və Yardımçısı olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilli, idmançı, Leytenant-ŞƏHİD PƏRVİN ƏLİZADƏNİN ADINA DƏRS OTAĞI VERİLDİ VƏ… – FOTOLAR – YENİLƏNİB

Read Next

“İşğaldan azad olunmuş ərazilərimiz müasirləşərək gözəlləşəcək və yaxın gələcəkdə yerli sakinlərin Böyük Qayıdışına hazır olacaq”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir