İki medallı və bir ordenli, ailənin tək övladı-ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏNİN MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – MƏRASİMDƏ ŞƏHİDİN 27 İLLİK QISA, LAKİN ŞƏFƏRLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN SÖZ AÇILIDI, ADINA EHSAN VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (7)

Bu gün Lənkəranın (həm də Bakının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı, ali təhsilli hərbçi, Baş leytenant, iki medallı və bir ordenli Həsənağa Şakir oğlu Abdullazadənin Anım Günü ilə bağlı Suraxanı rayonunda yerləşən “Elçin” şadlıq sarayında anım mərasimi başlayıb.

Etikxeber.az xəbər verir ki, anım mərasimindən öncə Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin valideynləri, yaxınları və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Ziyarətdən sonra “Elçin” şadlıq sarayında anım mərasimi başlayıb.

Mərasimdə Şəhidin valideynləri-Səmilə xanım və Şakir kişi, yaxınları, Lənkərandan, Bakıdan, Sumqayıtdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak edirlər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Şəhidin və Şəhidlərin ruhuna dualar edilib.

Sonra Şəhidlə bağlı video-çarx nümayiş olunub.

Daha sonra çıxışlar başlayıb.

Çıxışlarda Şəhidin ailəsinə bir daha başsağlığı verilib, bir daha onlara Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Şəhidin keçdiyi 27 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Şəhidin valideynləri də öz növbəsində mərasim iştirakçılarına minnətdarlıqlarını bildirib, onları belə bir gündə tək buraxmadıqları üçün hər kəsə təşəkkürlərini ifadə ediblər.

Eyni zamanda, tək övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını bildirib, Şəhidliyi ilə bir gecədə onun bir ailənin övladından bütün Azərbaycan xalqının övladına çevrilməsindən İftixar hissi keçirdiklərini dilə gətiriblər.

12:05

***

FOTOLAR:

NUR ÜZLÜ HƏSƏNAĞA…

QÜRURLU VƏ MƏĞRUR SƏMİLƏ ANA…

ZABRATLI (ƏSLƏN QƏRBİ AZƏRBAYCANLI) ŞƏHİD ANASI VƏ ŞƏHİD BACISI…

QAZİLƏRİMİZ, İGİDLƏRİMİZ, QƏHRƏMANLARIMIZ VƏ ONLARIN YAXINLARI…

ŞƏHİD ANALARI…QƏHRƏMAN ANALAR…

VƏTƏN SEVDALIMIZ, QAZİMİZ AMİL ƏLİYEV VƏ DOĞMALARI…

ŞƏHİD ANASI…

DİK DURUŞULU SƏMİLƏ ANA…QAZİLƏRİMİZ…ZİYALILARIMIZ…

12:13

***

İKİ NƏHƏNG VƏ İKİ MÖHTƏŞƏM ANA…POLAD KİMİ POLAD ANA-SƏMAYƏ ANA VƏ ÖVLADI KİMİ QƏHRƏMAN ANA-SƏMİLƏ ANA…

ÖVLADI KİMİ QƏHRƏMAN ATA…ŞAKİR ATA…

12:40

***

ƏZƏMƏTLİ DÖVLƏT HİMNİMİZ…

13:00

***

ŞƏHİD AİLƏLƏRİ…ŞƏHİD ANALARI…ŞƏHİD ÖVLADLARI…QƏHRƏMAN AİLƏLƏR… QƏHRƏMAN ANALAR… QƏHRƏMAN ÖVLADLAR…

13:40

***

QÜRURLARIMIZ, İFTİXARLARIMIZ…

14:20

***

QARŞILARINDA BAŞ ƏYİLƏCƏKLƏRİMİZ…QARŞILARINDA BAŞ ƏYİLƏNLƏRİMİZ…

14:36

***

ŞƏHİD ANASI VƏ ŞƏHİD ATASI…SÖZÜN BİTDİYİ YER…

15:03

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabiq millət vəkili-“ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF OLUNDU

Read Next

Daha 653 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir