Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya Federasiyasının daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti daxili işlər naziri Ramil Usubovla görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, görüşdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib. Nazir səfərə hazırlıq mərhələsində xeyli təşkilati işlərin görüldüyünü, bu baxımdan 2017-2019-cu illərdə Azərbaycanın və Rusiyanın Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolun layihəsinin razılaşdırıldığını və həmin sənədin imzalanmasında hər iki tərəfin maraqlı olduğunu vurğulayıb.
R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq, ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bildirib. Son illər qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələrinin olduğu, müxtəlif istiqamətlərdə, o cümlədən cinayətlərin açılması, axtarışda olanların tutulması və ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirilməsi məmnunluqla qeyd edilib.
Nazir bu günlərdə sərhədyanı ərazilərdə keçirilən “Sərhəd-Sipər” kompleks əməliyyat-profilaktik tədbirlərini xatırladaraq, Rusiya Federasiyası Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə sıx əlaqələrin olduğunu, tərəflər arasında daimi informasiya mübadiləsinin aparıldığını, ən müxtəlif səviyyələrdə görüşlərin keçirildiyini bildirib.
Sonra qonaqlara ölkəmizdə cinayətkarlıqla mübarizənin vəziyyəti barədə məlumat verilib. Kadr hazırlığı sahəsində göstərilən köməyə görə təşəkkür edən nazir əmin olduğunu bildirib ki, bu səfər ikitərfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə olacaq. Eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bütün sahələrində əməkdaşlığı dərinləşdirməyə əlavə təkan verəcək.
Qonaqpərvərliyə görə təşəkkür edən Vladimir Kolokoltsev iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsində Rusiya tərəfinin də maraqlı olduğunu deyib. O, səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini vurğulayaraq, Azərbaycan, İran və Rusiya dövlət başçılarının Bakıda keçirilən üçtərəfli Zirvə görüşündə imzalanmış Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib.
Sonda nazirlər 2017-2019-cu illərdə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolu imzalayıblar.
Etikxeber.az