Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Ümumi təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər bir ildən çoxdur ki, gedir. Artıq qanun layihəsi iki oxunuşdan keçirilib. Qanun layihəsini həm Maliyyə, həm Təhsil Nazirliyinə rəy verilməsi üçün göndərmişdik və qeyd edim ki, hər iki nazirlikdən də müsbət cavab, rəy almışıq.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli martın 13-də adıçəkilən parlamentin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı dilə gətirib.
O, qeyd edib ki, artıq qanun layihəsi parlamentin plenar iclasında üçüncü oxunuşda müzakirələrə tam hazırdır:
“Biz bu qanun layihəsini plenar iclasa tövsiyə edə bilərik”.
***
Pepetitorluq necə aradan çıxacaq?
Komitə sədri onu da deyib ki, qanun layihəsinin üçüncü-sonuncu oxunuşunda bəzi dəyişikliklər edilib.
Onun sözlərinə görə, əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb:
“Biz o anlayışları layihənin daha asan anlaşılması üçün daxil etmişdik. Üçüncü, əsas oxunuşla əlaqədar o anlayışlar artıq layihədən çıxarılıb”.
Komitə sədri nəzərə çatdırıb ki, dövlət başçısının sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması, orta məktəblərdə təmayül qruplarının yaradılması repetitorluq institutunun ləğvində böyük rol oynayacaq.
***
Bəxtiyar Əliyev: Azərbaycanda indiyə kimi bu yöndə belə bir qanun olmayıb, hətta, sovetlər dövründə belə…
Adıçəkilən komitənin sədr müavini, BDU-nun professoru Bəxtiyar Əliyev də qanun layihəsinin plenar iclasa tövsiyə edilməsinin vacibliyini bildirib:
“Qanun layihəsi çox mükəmməl şəkildə hazırlanıb, ötən müddətdə də onun üzərində xeyli təkmilləşdirmələr aparılıb. Onu da deyim ki, ümumi təhsillə bağlı bu ilk qanun layihəsidir. Azərbaycanda indiyə kimi bu yöndə belə bir qanun olmayıb, hətta, sovetlər dövründə belə. Ona görə bu sənədi üçüncü oxunuşa tövsiyə etmək olar”.
Millət vəkili Musa Qasımlı isə qanun layihəsinin dilinin mükəmməlliyinə və sadəliyinə diqqət çəkib:
“Bu qanunda bir dənə də olsun, əlavə nəsə yoxdur. Qanun layihəsinin dili çox mükəmməl, çox sadə və çox anlaşıqlıdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az