İki övlad atası, evin-ailənin tək oğlu-həm Ucarlı, həm də Bakılı-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN İSMAYILOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Bakının Səbail rayonunun (həm də Ucarın Məlikballı kəndinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki övladından biri, evin tək və ailəli oğlu Orxan Zöhrab oğlu İsmayılovun Anım Günüdür.

Orxan İsmayılovun bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Orxan İsmayılov 23 yanvar 1990-cı il tarixində Ucar rayonunun Məlikballı kəndində anadan olub.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu olub.

Sonra ailəsi ilə birlikdə Bakıya köçüb, Bakıda-Səbail rayonunda yaşayıb.

O, 1997-ci ildə Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı məktəbin 1-ci sinfinə gedib.

2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra, yəni, elə həmin ildə də Ucar rayonunun Məlikballı kənd tam orta məktəbində təhsilini (10-11-ci sinifləri) davam etdirib.

2008-ci ildə 11-ci sinfi bitirib, həmin ildə də hərbi xidmətə yollanıb.

Hərbi xidmətini Bərdə rayonundakı hərbi hissələrdən birində keçirib, tankçı vəzifəsində xidmətə başlayıb.

2010-cu ilin 2 yanvar tarixində isə ordu sıralarından ehtiyata buraxılıb və elə həmin ildən avtomobil servisində çilingər işləməyə başlayıb.

Cəmi bir il sonra, 21 yaşında, 2011-ci ilin noyabr ayının 15-də ailə həyatı qurub, iki övladı dünyaya gəlib.

Böyük oğlu İsmayilzadə Zöhrab Orxan oğlu 27.12. 2012-ci ildə, kiçik oğlu İsmayılzadə Ayxan Orxan oğlu 14.02. 2014-cü ildə anadan olub.

2020-ci ilin 21 sentaybr tarixində səfərbərliyə cəlb olunub, cəmi 6 gün sonra İkinci Qarabağ Müharibəsi ilə əlaqədar döyüşlərə yollanıb və bir həftə sonra, oktyabrın 4-də Füzuli istiqamətində döyüşlərdə Vətən yolunda qəhrəmancasına Səhidlik zirvəsinə ucalıb.

O, Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Məqamı Uca olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yırtıcı” ləqəbli Xüsusi Təyinatlı-ƏLİ SEYİDOVUN ŞƏHİDLİYİNDƏN ÜÇ İL KEÇİR…

Read Next

İki qız atası, Birinci Qarabağ Savaşı Şəhidi-VEYSƏL QASIMOVUN NƏŞİ 31 İLDƏN SONRA İKİNCİ FƏXRİ XİYABANDA ƏBƏDİYYƏTƏ UĞURLANDI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir