İki övladı Vətənə əmanət qalan Mingəçevirli Şəhid qardaşlardan Tural Həsənovun bu gün Cənnətdəki üçüncü doğum günüdür-BU GÜN ONUN 29 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB – (1)

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Tural Tapdıq oğlu Həsənovun doğum günüdür.

Tural Həsənovun bu gün 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, ata tərəfdən Ağdamlı, ana tərəfdən Goranboylu olan Tural Həsənov 1994-cü ilin iyul ayının 16-da Mingəçevir şəhərində, sadə bir ailədə-Həsənovlar ailəsində dünyaya gəlib.

Tural Həsənov Nəhayət və Tapdıq Həsənovların iki oğlan övladından biri idi.

O, texnikum (kollec) təhsilli olub və İkinci Vətən Müharibəsinə qədər müxtəlif sahələrdə çalışıb.

Həm özü, həm də qardaşı İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, müharibəyə, döyüşlərə qatılıblar.

İkinci Vətən Müharibəsinin ilk günlərində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik məqamına ucalan Tural Həsənovun nəşi 68 gündən sonra tapılıb və ailəsinə təhvil verilib.

Və bir gün sonra, 9 dekabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanıb.

Tural ailəli, iki övlad, iki oğul atası olub.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və bu ilin noyabr ayının 5-də qardaşı ilə birlikdə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qardaşı Musa Həsənovun nəşi isə 35 gündən sonra, 2020-ci ilin noyabrın 5-də torpağa tapşırılıb.

Musa Həsənov da ailəli, iki qız atası olub və Şəhidliyindən bir neçə ay sonra qızı-balaca İnci xəstəlikdən vəfat edib.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin-Şəhid qardaşların məzarları ziyarət olunub.

Ziyarətdə Şəhidin-Şəhid qardaşların ailə üzvləri, din xadimləri, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri və başqaları iştirak ediblər.

Şəhidin-Şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, qısa çıxışlar edilib.

Şəhidin-Şəhid qardaşların ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Şəhidin-Tural Həsənovun Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Bir saatdan çox davam edən ziyarətdən sonra Şəhidin valideynlərinin “Günəşli” yaşayış massivində yaşadığı evdə Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə bir daha Şəhidin ruhuna dualar edilib.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:08

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 5 yeni-YOLUXMA…

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir