İki övladı Vətənə əmanət qalan, nəşi 27 gündən sonra tapılan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMAZ HACIYEVİN ANIM GÜNÜ İLƏ BAĞLI MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ DÜZƏNLƏNƏCƏK…

Həm Şamaxı rayonunun, həm də Bakı şəhərinin Xəzər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elmaz Elmar oğlu Hacıyevin Əbədiyyətə uğurlanmasının üçüncü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Elmaz Hacıyevin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.

Sonra Şəhidin Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək, ruhuna bir daha dualar olunacaq.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Bakı, Şamaxı və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, Elmaz Hacıyev 1994-cü ilin may ayının 9-da Şamaxı rayonunun  İkinci Çaylı kəndində olub.

Sonra ailəsi ilə birlikdə Bakının Binə qəsəbəsinə köçərək, orada yaşayıblar.

Ailədə 3 qardaş olublar.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb, bir neçə il öncə isə ailə həyatı qurub.

İki övladı-atasının adını verdiyi Elmarı və Yağmur adlı qız övladı dünyaya gəlib.

İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra Elmaz da döyüşlərə yollanıb.

Bir ay çəkən döyüş yolu isə uzun olub, Laçınacan şərəfli döyüş yolu keçib.

Və bir ayının tamamında, noyabrın 4-də Laçın uğurunda döyüşlərdə əvvəlcə ayağından, sonra isə yaralı döyüş yoldaşına kömək edərkən başından yaralanıb və qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Lakin nəşini uzun müddət götürmək mümkün olmayıb.

Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əfsanəvi Xüsusi Təyinatlılardan olan-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ DEVRAN NAİBOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 30 YAŞI TAMAM OLUR…

Read Next

Daha 63 sakin Laçına-YOLA SALINDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir