İki övladı Vətənə əmanət qalan, nəşi 9 ay yarımdan sonra Əbədiyyətə uğurlanan Əkbər Pənahov-BU GÜN ŞƏHİDİN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (3)

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əkbər Bəylər oğlu Pənahovun Anım gündür.

Əkbər Pənahovun Əbədiyyətə uğurlanmasından iki il keçir.

İki il öncə-bu gün, 12 iyul tarixində Əkbər Pənahovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib.

Etikxeber.az xəbər verir ki, Əkbər Pənahov 1990-ci ilin avqust ayının 12-də dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

O, peşəkar hərbçi, Azərbaycan Ordusunun Kapitanı olub.

İkinci Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət onun nəşini əldə etmək mümkün olmayıb.

Nəşi ya 9 ay yarımdan sonra, 2021-ci ilin iyulun 10-da tapılıb və iki gün sonra, 12 iyul tarixində dəfn edilib.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və bir neçə medalla təltif olunub.

Eyni zamanda, Şəhidliyindən öncə bir sıra medallara layiq görülüb.

Əkbər Pənahov həm də ailəli, iki övlad atası idi.

Ötən ilin iyulun 12-də, Anım Günündə Şəhidin adını daşıyan parkın və barelyefin açılış mərasimi olub.

***

İkinci ildönümü, Anım günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar olunub.

Qısa çıxışlar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra “Vida” mərasim evində Anım mərasimi keçirilib, adına ehsan verilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin ruhuna dualar oxunub, çıxışlar edilib.

Mərasimdə Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:59

***

FOTOLAR:

16:59

***

17:59

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Şuşa və Laçın istiqamətindəki mövqeləri atəşə tutulub-MN

Read Next

Daha 5 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir