İki övladı Vətənə əmanət qalan Şəhid-RAMİL BABAYEVİN BU GÜN ANIM GÜNÜDÜR, ONUN ƏBƏDİYYƏT UĞURLANMASINDAN İKİ İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (3)

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ramil Taqət oğlu Babayevin bu gün Anım Günüdür.

Ramil Babayevin bu gün Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından 2 il keçir.

Etikxeber.az-ın xəbərinə görə, 1991-ci ilin dekabr ayının 12-də dünyaya gələn Ramil Babayev evin-ailənin dörd övladından biri olub.

Ailədə 2 qardaş, 2 bacı olublar.

O, 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb, əvvəlçə Naxçıvanski adına Hərbi Liseyi bitirib, sonra Hərbi Akademiyaya daxil olub və oranı başa vurub.

Ramil Babayev 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istiqamətində döyüşlərdə olub və müharibənin 3-cü günündə, sentyabrın 29-da Şəhadətinə qovuşub.

Axırıncı dəfə isə ailəsi, anası İlhamə xanımla Şəhidliyindən bir gün öncə, ayın 28-də danışıb və anasına deyib ki, “Mədinədən muğayat olun”

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub və 2021-ci ilin yanvarın 31-də Kürdəmir rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif olunub.

Ramil Babayev həm də ailəli, iki övlad-bir qız və bir oğlan atası idi.

Adını daşıyan oğlu-balaca Ramil Babazadə Şəhidin dəfnindən 14 gün öncə dünyaya gəlib.

Həmçinin, İkinci Vətən Müharibəsində Ramil Babayevin iki tələbə, iki otaq yoldaşı və iki dostu – Şabranlı Tərlan, İmişlili Cavid də Şəhidlik məqamına ucalıblar.

Üç tələbə, üç otaq yoldaşı, üç dost və üçü də Şəhid…

***

Bu gün Şəhidin Anım Günü ilə bağlı Kürdəmir Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Kürdəmir, İmişli və Biləsuvardan olan Şəhid ailələri, Qazilər, hərbçilər, rayon sakinləri və ziyalıları, İcra başçısı olmaqla, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Məzarı başında Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub, səsləndirilib, qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Ramil Babayevin İgidliyi və Qəhrəmanlığından danışılıb, keçdiyi qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan söz açılıb.

Ziyarətdən sonra Kürdəmir məscidində Şəhidin Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Şəhidin ailə üzvləri, valideynləri də öz növbəsində ziyarət və mərasim iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.

Məqamı Uca, məkanı cənnətlik,olsun!

Nur içində yatsın!

12:30

***

FOTOLAR:

12:45

***

15:45

***

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi-7 NƏFƏR SAXLANILDI…

Read Next

Metro və marşrut avtobuslarında-NÖVBƏTİ QİYMƏT ARTIMI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir