İki qardaş, iki Qəhrəman: İkisi də İkinci Qarabağ Savaşının iştirakçısı…-MM-İN KOMİTƏ SƏDRİ QAZİ HACI MURADOVLA GÖRÜŞDÜ – FOTOLAR

Hər zaman Şəhidlərə, Qazilərə, Şəhid və Qazi ailələrinə, Birinci və İkinci Qarabağ Savaşının iştirakçılarına xüsusi həssaslığı, diqqət və qayğısı ilə seçilən millət vəkili, professor, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva bu gün İkinci Vətən Müharibəsinin daha bir Dastan yazan İgidlərindən, Qəhrəmanlarından olan Qazi Hacı Əli oğlu Muradovla görüşdü…

Qeyd edim ki, görüş təklifi yenə dəyərli Qənirə xanımdan gəlmişdi…

Mən də öz növbəmdə bu təklifi Qazimizə çatdırmış, Qazimiz də bu təklifi olduqca razılıqla və minnətdarlıqla qarşılamışdı…Və görüş bu günə, Milli Məclisə təyin edilimişdi…

Vəd, təyin olunduğu vaxtda da millət vəkili ilə Qazimizin görüşü baş tutdu…

Görüş də olduqca səmimi və gözəl bir atmosferdə keçdi…

Qənirə xanım Qazimizə Vətən torpaqları uğrunda döyüşlərdə iştirak etdiyinə, İgidlik, Qəhrəmanlıq göstərdiyinə minnətdarlığını bildirdi…

Qeyd etdi ki, bütün Şəhidlər və Qazilər fəxrimiz, baş tacımızdır…

“Fəxr edirik, qürur hissi hissi keçiririk ki, Vətən uğrunda hər şeyi göz önünə alan igidlərimiz, Qazilərimiz var…Siz də bizim İgid, Qəhrəman Vətən övladlarımızdan, Qazi qardaşlarımızdan birisiniz…Hər birinizə minnətdarıq və borcluyuq”-deyə, Qənirə xanım sözlərinə əlavə etdi.

Xoş və səmimi sözlər, o cümlədən görüş üçün minnətdarlığını bildirən Qazimiz də bir daha qısaca olaraq, döyüş yolundan, İkinci Vətən Müharibəsindən danışdı…

***

Qeyd edim ki, əslən Balakənin Qazma kəndindən olan Qazimiz ailədə iki qardaş, beş bacıdırlar və hər iki qardaş öz həyatlarını, talelərini hərblə bağlayıblar…

Özü ali təhsilli tarix müəllimi olsa da, bir müddət müəllim işləsə də, son bir neçə ildə orduda, hərbdə fəaliyyət göstərib…

O, n saylı h/h həmlə qrupunda olub…

44 günlük İkinci Vətən Müharibəsi başlayan ilk gündan, ilk dəqiqələrdən isə döyüşlərə atılıb…

Sentyabrın 27-dən Göygöl rayonu tərəfdən Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib…

İgid, Qorxmaz və Cəsur igidimiz oktyabrın 1-də başından yaralansa da, inadından dönməyib, o vəziyyətdə yenə də döyüsə davam edib…

Ancaq cəmi bir gün sonra, okyabrın 2-də yenidən ağır yaralınıb, qolundan snayper gülləsi alıb…

Və döyüçşü, hərbçi yoldaşları onu döyüş bölgəsindən çıxarıb və hospitala yerləşdiriblər…

İlkin cərrahi əməliyyat zamanı igidimizin beynindən (başından) 7 sm uzunluğunda qəlpə çıxarılıb, özü də beyin sümüyü kəsilərək…

Bununla yanaşı, bədənində onlarla  qəlpə var, hələ də qalır…Hələ də müalicəsi davam edir…

Hacı Ali Baş Komandan tərəfindən həm “Kəlbəcərin azad olunmasına görə”, həm də “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub

1986-cı il təvəllüdlü, bir övlad atası, rütbəcə mayor və İkinci Vətən Müharibəsinin Qəhrəmanlarından olan qardaşı da Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub…

İki qardaş, iki Hərbçi, iki İgid, İki Qəhrəman…

***

Görüşün sonunda Qənirə xanım Mədəniyyət komitəsi adından Qazimizə Məktub və hədiyyələr təqdim etdi… Qazimiz də bir daha Qənirə xanıma və rəhbəri olduğu Mədəniyyət komitəsinə minnətdarlığını ifadə etdi…

Diqqətinizə, həssaslığınıza, gözəl qəlbinizə, duyarlılığınıza görə, var olun, Allah razı olsun, Qənirə xanım!

Şəxsən öz adımdan belə bir gözəl görüş üçün Sizə bir daha minnətdarlığımı ifadə edirəm!

Allah Sizi, Qazilərimizi, Vətən sevdalı İgidlərimizi, Azərbaycanımızı qorusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Oktyabr ayında anadan oldu, oktyabrda da Şəhid oldu…-ŞƏHİD İLQAR CAHİD OĞLU VƏLİYEV!

Read Next

XİN rəsmisindən Ermənistan XİN-in 10 noyabr bəyanatını şərh etməsinə-MÜNASİBƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir